
Həkim öldü, aləm öldü! – Tibb işçilərinə hücumlar artıb! – Kimdir günahkar?!
Həkim öldü, aləm öldü! – Tibb işçilərinə hücumlar artıb! – Kimdir günahkar?!
Yusif Nəzərli
10:52 17.01.2023
Cəmiyyət
499
Yevlax xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, 11 yanvar 2023-cu ildə, axşam saatlarında Yevlax Mərkəzi Rayon Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cəbbarov Yevlax şəhər Əhmədağa Baxşıyev küçəsində olan mənzilində öldürülüb.
O, 20-dən çox bıçaq zərbələri alıb və ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Hadisənin başvermə səbəbləri isə hələ ki məlum deyil. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.
Hadisə ilə bağlı cəmiyyətdə ikili rəy formalaşıb. Kimi bu olayı tənqid edib, kimi də sol ayaq əvəzinə sağ ayağı kəsən həkimin timsalında bu cür qətl hadisələrinə dəstək ifadə edib.

Məsələ ilə bağlı "Sherg.az" a danışan pediatr Vaqif Qarayev bildirib ki, yeni insan tipləri yaranıb. Onun sözlərinə görə, bu qədər mehriban və humanist olan Azərbaycan xalqı indi az qala bir-birinin qanına susayıb:
“Son zamanlarda baş verən hadisələrin günahını internetdə, sosial şəbəkələrdə görürəm. Biri hədəfə çıxan kimi, haqdan-nahaqdan tənqid etməyə başlıyırlar. Həkimin ölümündən sonrada bunun bir daha şahidi oldum . Bəziləri insan həyatından bəhs olunduqunu tamamilə unudaraq bütün həkimlər öldürülməlidir deyirdi.
Tanımırlar, bilmirlər. Həmin həkim necə insan olub, günahı varmı-yoxmu, bunlar marağlı deyil. Cəmiyyət məsələni araşdırmadan tamamən xəbərsiz hökm verməyi sevir. Bu qədər aqressivliyə səbəb nədir bilinmir. Əvvələr daha çox ödəmə ilə bağlı həkim-pasiyent münaqişələrinə rast gəlirdik. İndi yavaş-yavaş sigorta bu məsələni yoluna qoyur.Düzdür, həkimlərin hamısı “süddən çıxmış ağ qaşıq” deyil. Vəzifəsini düzgün yerinə yetirməyənlər ola bilər. Belə bir anda öldürmək yerinə məhkəməyə müraciət etmək lazımdır.
Həmin şəxslər qanun qarşısında cavab verməlidir. Qardaş ölkə Türkiyədə bu mövzuya daha çox rast gəlinir. Yerli türk gənclər artıq tibb sahəsində oxumaq istəmirlər. Səbəbi də belə vəhşiliklər edən insanlardı. Tək həkimlərə qarşı yox, digər hadisələrdə də bu kimi davranışlarla qarşılaşırıq. Yaxın zamanlarda məktəbdə iki uşaq arasında olan davaya münasibət bildirən 10 insandan 9-u “Mən o uşaqı öldürərəm” deyirdi. Biri də çıxıb demirdi ki, uşaqlara yardım edək.
Öldürməyə dava etməyə və zorakılıq göstərməyə niyə bu qədər meyilliyik bilinmir. Düzgün addımlar atılmır belə cəmiyyət formalaşa bilməz ".
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə