Gürcüstanlı bloqer: “Laçın yolunda hərəkətin qarşısının alındığını görmədim"
Yusif Nəzərli
13:09 18.01.2023
Qarabağ
692
“Neçə vaxtdır ki, buradayam. Maşınların hərəkətinə icazə verilir. Hələ ki hərəkətin qarşısının alındığını görməmişəm”.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında gürcüstanlı bloger Tamuna Mumladze deyib.
O bildirib ki, azərbaycanlı ekofəalların etirazları haqlıdır.
“Dünyada heç kim ekologiyanın pisləşməsini, ona ziyan dəyməsini istəmir. Ümumiyyətlə, nəinki mən, bütün dünya ekoloji terrora qarşıdır”, - T.Mumladze söyləyib.
Qeyd edək ki, T.Mumladze Xankəndi-Laçın yolunda aksiyanı işıqlandırmaq üçün Gürcüstandan Azərbaycana gəlib. O, yanvarın 18-də Şuşaya gedib və aksiyanın gedişatını izləyib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 37 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm