Sensasion iddia! - “Gənclər cinayətlərə cəlb edilir”- Bir ayda 4 qanlı olay!
Sensasion iddia! - “Gənclər cinayətlərə cəlb edilir”- Bir ayda 4 qanlı olay!
Yusif Nəzərli
09:58 04.04.2023
Hadisə
559
“Millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-də Hacı Şahin Həsənlinin müəmmalı ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda silahlı atışma və martın 28-də millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və təşviş ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.
Bunu Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Fazil Mustafaya qarşı terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır.
Hüquq-mühafizə orqanlarının əlində hadisələrin arxasında duran qüvvələri müəyyən etmək üçün yetərli imkan olduğunu deyən Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu "Sherg.az"a bildirib ki, hadisələrin xaricdən istiqamətlənən cinayətlər olmasının fərqi yoxdur:
"Əsas məsələ Azərbaycanda vətəndaşların təhlükəsizliyinin yaxşı təmin edilməməsidir. Ölkədə bir ay ərzində avtomat silahdan istifadə edilərək 4 cinayət hadisəsi törədilib. Avtomat isə müharibədə istifadə edilən silahdır. Sual yaranır ki, bu tip silahların vətəndaşlarda nə işi var?
Digər məsələ isə cinayətə cəlb edilən insanların niyə bu əməli törətməsidir? Çünki bunun altında sosial-iqtisadi səbəblər var. Həmçinin gənclərin belə cinayətlərə cəlb edilməsi, onlar arasında maarifləndirmə işinin zəif aparıldığının göstəricisidir.Yəni biz hadisəni İran, Rusiya, və ya Ermənistan törədib deməklə iş bitmir.
Əsas məsələ Azərbaycanda niyə bu şəraitin olmasıdır? Ümumiyyətlə, biz sual verməliyik ki, niyə Azərbaycanda insanlar belə cinayətlərə qoşulur? Niyə hüquq-mühafizə orqanları vaxtında cinayət dəstələri zərərsizləşdirib, silahları yığmır? Ölkədə elə bir vəziyyət yaranıb ki, kim-kimi istəyir öldürür, əmlakını alır, hücum edir.
Yəni qanunsuzluq var. Məsələnin mahiyyəti hadisələrin arxasında hansı qüvvələrin dayandığı yox, niyə bir ay ərzində ölkədə 4 avtomatlı cinayət törədilməsidir. Təşkilatçıları araşdırmaq isə hüquq-mühafizə orqanlarının işidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm