Tikinti şirkətlərinə güzəşt edilsin! - Ekspert
Yusif Nəzərli
15:36 08.06.2023
Cəmiyyət
777
Özəl sektorun dəstəyi olmalıdır
Dövlət bu qədər binanı söküb yerində yeni binalar tikə bilməz
“Ona görə də ən yaxşısı tikinti şirkətləri üçün müəyyən güzəştlər tətbiq olunmalıdır ki, işlər yubanmasın”
Müxtəlif dövlət qurumlarından ibarət yaradılmış komissiya Azərbaycanda qəzalı binalarla bağlı iş aparır.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, komissiya qəzalı binalarla bağlı qiymətləndirmə, inventarizasiya aparır. “Komissiya qəzalı binalarla bağlı rəylərini hazırlayıb Nazirlər Kabinetinə tədqim edəcək. Komissiyaya Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri daxildir”, - deyə o qeyd edib.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə “Şərq”ə açıqlamasında deyib ki, Bakı şəhərində olan bütün qəzalı, xüsusən də istismar müddətini başa vuran binalarla bağlı monitorinq aparılmalıdır: “Yerli icra hakimiyyətlərinin müvafiq şöbələri məlumatlandırma xarakterli monitorinq keçirib binalara baxmalı, daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət şöbəsi onun qəzalı olub-olmadığını yoxlamalıdır. Qəzalı binalar mümkün qədər qısa vaxtda sökülməli və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Qısa müddətdə bütün qəzalı binaların sökülməsi və yenisi ilə əvəzlənməsi isə mümkün deyil. Belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil, əsasən bina tikən şirkətlər tərəfindən sökülür”.
- Səhv etmirəmsə, tikinti şirkətləri bir o qədər maraqlı görünmür...
- Çünki söküntü zamanı şirkətlərlə vətəndaşlar arasında konflikt yaranır, nəticədə isə proses ləngiyir və şirkət binanı qısa zamanda tikib satdığı şəxslərə təhvil verə bilmir. Tikinti şirkətləri qəzalı binaları söküb bina tikəndə əsasən alıcı qüvvəsinə, həyətyanı sahənin böyüklüyünə və binada sakin sayının azlığını əsas götürürlər. Bəzi hallarda sakinlər tərəfindən də tikinti şirkətlərinə qarşı müəyyən problemlər yaradılır. Lakin çox vaxt biz görürük ki, sakinlər şirkətdən daha böyük mənzil tələb edirlər. Bu da uzunmüddətli qalmaqala və tikintinin gecikməsinə gətirib çıxarır. Belədə də tikintinin sökülməsinin yubanması baş verir. Binanı sökən və həmin binada mənzili olan şəxslərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Hansısa bir dövlət qurumu vətəndaşlara zəmanət verməlidir ki, bina filan tarixdə sökülüb, filan tarixdə təhvil veriləcək.
- Qəzalı binaların sökülməsini dövlət öz üzərinə götürə bilməz?
- Özəl sektorun dəstəyi olmadan dövlət bu qədər binanı söküb yerində yeni binalar tikə bilməz. Ona görə də ən yaxşısı tikinti şirkətləri üçün müəyyən güzəştlər tətbiq olunmalıdır ki, işlər yubanmasın. Belə ki, həmin şirkətlərə vergi güzəştləri edilməli, ipoteka kreditləri ayrılmalıdır. Söküntü səbəbindən paytaxtda köhnə binalardakı mənzillərin qiyməti bahalaşıb. Bu, hələ də davam etməkdədir. Həmin binaları sökən şirkət mənzil sahibinə daha böyük və təmirli mənzil verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə