Qubada uşaq bağçasında ilanlar aşkarlanıb
Qubada uşaq bağçasında ilanlar aşkarlanıb
Yusif Nəzərli
09:54 08.06.2023
Cəmiyyət
549
Qubada uşaq bağçası-körpələr evində ilanlar aşkarlanıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində yerləşən 17 saylı uşaq bağçası-körpələr evində baş verib. Uşaq bağçası-körpələr evinin tavanında bir neçə ilan aşkar olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məsələ ilə bağlı məlumatlarının olduğunu və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb: “Bir neçə gün öncə bağça rəhbərliyi və tərbiyəçilər ilan görüblər. Düşünürük ki, bu, mövsümlə bağlıdır. Dərhal tərəfimizdən aidiyyəti üzrə məlumat verilib. Bundan sonra Elm və Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsi tərəfindən uşaq bağçası-körpələr evi iki dəfə xüsusi dezinfeksiya olunub. Bundan sonra həmin ərazidə ilan müşahidə olunmayıb. Lakin valideynlərin narazılığını və narahatçılığını nəzərə alaraq bağçanın tavan və döşəməsinin əsaslı təmirinə qərar verilib. Artıq aidiyyəti üzrə tikinti idarə tərəfindən baxış keçirilib. Sabahdan artıq təmir işlərinə başlanılacaq”.
O, həmçinin deyib ki, həmin bina 1946-cı ildə inşa olunub. Binanın dam örtüyü dəyişdirilib və bir neçə dəfə əsaslı təmir işləri aparılıb. Növbəti illərdə bağça üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə