Ermənilər Qarabağı könüllü boşaldırlar
Yusif Nəzərli
09:00 09.06.2023
Gündəm
381
Separatçı rejim erməni əhalisinin yaşamasını çətinləşdirən əsas problemə çevrilib
Qarabağdakı ermənilərin Laçın postundan heç bir maneə olmadan kütləvi şəkildə keçdiyinə dair görüntülər yayılıb. Bu görüntülər “ermənilər Laçın sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklər” iddialarını alt-üst etməklə yanaşı, “ermənilər Qarabağı kütləvi şəkildə tərk edir” fikirlərini də önə çıxarıb. Ermənistan mediası yazır ki, 28 nəfər bir gündə Laçın postundan keçməklə Qarabağdan Ermənistana gəlib: “Bu şəxslərin geri qayıtması sual altındadır, çünki bir çoxları Qarabağda yaşamaq üçün perspektiv görmür, hətta yeni hərbi toqquşmaların olması qorxusu da var. Ona görə Ermənistana gələnlərin geri qayıdacağı bəlli deyil. Hazırda minlərlə insan Ermənistana gəlmək üçün növbələrini gözləyir”.
Separatçı rejim erməni əhalisinin Qarabağda yaşamasını çətinləşdirən əsas problemə çevrilib. Əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəsə də, separatçılar öz mövcudluqlarını qorumaq üçün onların nə getməsinə, nə də Azərbaycana inteqrasiya olunmasına imkan verir. Bu situasiya fonunda Ermənistana gedən ermənilərin bir daha Qarabağa qayıtmayacağı reallığı ortaya çıxır. Bundan öncə bir çox erməninin Laçın yolundan keçmək imkanı yaranan kimi bölgəni tərk edəcəyinə dair fikirləri sosial platformalarda və mediada yayılırdı. Görünür, getmək istəyənlər ilk imkanda bölgəni tərk edirlər. Azərbaycan erməni əhalisinə azad seçim təqdim edir: ya vətəndaşlığı qəbul edin, ya da istədiyiniz yerə getmək üçün bütün şərait yaradılır.
Siyasi şərhçi Asif Nərimanlı"Sherg.az"a açıqlamasında bildirib ki, son 5 gündə 100-ə qədər erməni Qarabağdan Ermənistana köçüb. Analitik vurğulayıb ki, bunu separatçıların qondarma “ombudsmanı” Qeqam Stepanyan təsdiqləyib: "Stepanyanın da təsdiq etdiyi kimi söhbət getməkdən yox, köçməkdən gedir. Bu, gedənlərin birtərəfli marşrut seçdiyi deməkdir. Lakin qayıdanlarla bağlı deyilənlərin separatçıların təbliğatı olduğu da şübhəsizdir. Gedən ermənilərin görüntüləri var, amma qayıdanların yox. Ermənilər mövcud vəziyyətdə Qarabağda qalmaq istəmədiklərini, Laçın postundan keçid şəraiti yaranan kimi bölgəni tərk edəcəklərini əvvəldən deyirdilər. İndiyə qədər onların Laçın postundan keçidinə separatçılar imkan vermirdi və hesab edirdilər ki, postun ləğv edilməsinə nail olacaqlar.
Lakin Baş nazir Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” bəyanatı, dövlət başçısı İlham Əliyevin separatçılar üçün “amnistiya çağırışı” və beynəlxalq müstəvidə bunun dəstəklənməsindən sonra getmək istəyənlərə şərait yaradılır. Erməni mediası bunu Xankəndidəki separatçıların mövcud vəziyyətlə barışması ilə əlaqələndirir, qarşıdakı dövrdə gedənlərin daha çox olacağını yazır. Yayılan görüntülərdəki ermənilərin hazırlıq əhval-ruhiyyəsi də real vəziyyəti özündə əks etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə