Azərbaycan ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyəcək
Yusif Nəzərli
11:38 10.06.2023
Gündəm
487
Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib ki, Amerika Birləşmiş Ştatları keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmağa çalışır. Onun sözlərinə görə, ABŞ bu məqsədlə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir. Patruşevin qənaətincə, Vaşinqtonun əsas məqsədi keçmiş SSRİ məkanında MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Anqlosaksların öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdid yolu ilə maraqları ilə öz tərəflərinə maksimum sayda dövlətləri cəlb etməyə çalışdığını bildirən Patruşev həmin dövlətlərin maraqlarının Qərbin vecinə də olmadığını iddia edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, əslində Patruşev bu açıqlaması ilə Vaşinqtonu deyil, elə keçmiş SSRİ ölkələrini hədəf seçib. Patruşev Rusiyaya qonşu olan ölkələri xəbərdar edib ki, ABŞ və “kollektiv Qərbdən” uzaq dursunlar: "Həqiqətən, ABŞ və Avropa İttifaqı keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən uzaqlaşmasını istəyir. Ancaq Patruşevin dediyi kimi, Vaşinqton, London və ya Brüssel Rusiyaya qonşu dövlətlərin öz aralarında nifaq yaratmasına çalışmırlar, bu, “kollektiv Qərbin” maraqlarına ziddir. Nifaq yaratmağı, “parçala və hökm sür” siyasətini Kreml yaxşı bacarır. Azərbaycan ABŞ ilə və Avropa İttifaqı ilə sıx əlaqələrə malikdir, tərəfdaşlıq münasibətləri var.
Eyni zamanda enerji resurslarımızı satır, qazanc əldə edirik. Azərbaycan Rusiya istəyir deyə ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə birgə müxtəlif təşkilatlarda yer alan Mərkəzi Asiya ölkələri də Rusiyanın xeyrinə ABŞ və Avropa ilə əməkdaşlıqdan vaz keçməyəcəklər. Ona görə də Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə