“Əziz Şuşa” beynəlxalq yarışında qalib italiyalı velosipedçi olub - YENİLƏNİB
11:05 11.06.2023
Aktual
548
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.
“Report”un məlumatına görə, bu gün beşinci - sonuncu mərhələ keçirilib. Axırıncı raundda Beyləqan İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Şuşa şəhərinin girişində yekunlaşıb.
İdmançılar bu istiqamət üzrə 132,2 km məsafə qət ediblər. Son yarışda finişə hamıdan tez çatan velosipedçi yenə italiyalı Emanuele Ansaloni olub. 2-3-cü yerlərdə Rumıniya millisinin üzvləri qərarlaşıblar. İkinci yeri Kristian Raileanu, üçüncülüyü isə Adi-Narçis Marçu tutub.
Son turda da liderliyi heç kimə verməyən Ansaloni “Əziz Şuşa” turnirinin ümumi qalibi adına yiyələnərək, sarı formanı özündə saxlayıb.
Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov bu dəfə də ən yaxşı dağ velosipedçisi olaraq, qırmızı formaya layiq görülüb. Komanda hesabında İtaliyanın "Team Technipes" klubu turniri birinciliklə yekunlaşdırıb.
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya