Misir Mərdanov: "Qərbi Azərbaycanın tarixi ilə bağlı dərs vəsaitimiz yoxdur"
Misir Mərdanov: "Qərbi Azərbaycanın tarixi ilə bağlı dərs vəsaitimiz yoxdur"
Yusif Nəzərli
08:25 12.06.2023
Cəmiyyət
482
“Qərbi Azərbaycana qayıdışla bağlı ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, bu gün Qərbi Azərbaycana qayıdış ən ciddi məsələlərdən biridir: “Bizim ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır. Hesab edirəm ki, bu məsələyə alimlərimiz və Elm və Təhsil Nazirliyi diqqətlə yanaşmalıdır. Hökmən bu məsələ ilə əlaqədar çalışmalıyıq. Digər məsələ isə 1988-ci ilin sonunadak Qərbi Azərbaycanda yaşayan insanların sayının getdikcə azalmasıdır. Mən media nümayəndələrinə müraciət edirəm ki, qərbi azərbaycanlılarla bağlı filmlər çəksinlən və yaxud yazılar yazsınlar”.
M.Mərdanov bildirib ki, bir zamanlar Şuşaya, Qarabağa qayıdışa inanmırdılar: “İndi həmin düşüncələr Qərbi Azərbaycana qayıdışla bağlı da var. Mən 2001-ci ildə həmin ərazilərə səfər etmişəm. Orada demək olar ki, məşkunlaşan yox idi. Ona görə də Qərbi Azərbaycana qayıdışla bağlı ümidli olmalıyıq və 44 günlük müharibədə Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə zəfərə nail olduq. Gəlin, Qərbi Azərbaycana qayıdışa ögey yanaşmayaq və hər birimiz bu məsələdə əlimizdən gələni edək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm