ABŞ-li jurnalistlər Gəncəni ziyarət ediblər
06:53 04.08.2023
Gündəm
375
Azərbaycana səfər çərçivəsində bir qrup ABŞ-li jurnalisti və media eksperti Gəncə şəhərində olub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, amerikalı qonaqlara Azərbaycanın ikinci şəhəri olan Gəncənin tarixi barədə ətraflı məlumat verilib. İkinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına zidd olaraq cəbhə xəttindən uzaq olan Gəncənin mərkəzindəki yaşayış məntəqəsinin raketlərlə bombardman edildiyi nəzərə çatdırılıb.
Şəhərin bombardmana məruz qalmış hissəsini ziyarət edən qonaqlar bu dəhşətli hadisə zamanı həlak olmuş dinc sakinlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra nümayəndə heyəti “Xan bağı”, Şah Abbas Cümə məscidi, Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar, Qafqaz islam Ordusunun Gəncədəki ilk şəhidlərinin xatirəsinə ucaldılan abidəni və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Azərbaycanın dahi şairi və mütəfəkkiri, qüdrətli söz ustadı Nizami Gəncəvinin nakam eşq hekayəsi olan “Leyli və Məcnun” poemasını klassik ingilis şairi və dramaturqu Uilyam Şekspirin “Romeo və Culyetta” əsərindən 4 əsr öncə yazması faktı, ingilis ədibin “Leyli və Məcnun” əsərindən ilham aldığı fərziyyəsi qonaqlarda böyük maraq doğurub.
Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (“Fox TV”, CNN, “Al Jazeera”) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (“Caracol TV” and “Canal 1”) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış bloqer Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya