
Türkiyəyə kritik səfər: Putinin hiyləgər planı! - RƏY
11:13 07.08.2023
Siyasət
613
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi də müzakirə olunacaq.
Bu barədə “Hürriyet” nəşri yazıb.
Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr, Taxıl Sazişinin bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də Zəngəzur dəhlizi müzakirə ediləcək.
Müzakirələrdə Suriya məsələsi də yer alacaq.
Görüşü "Sherg.az"a dəyərləndirən təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirib ki, Vilnüsdəki NATO sammitində, Ərdoğanın fikirlərini söyləməsindən sonra Putinin Türkiyəyə səfər edib-etməyəcəyi diqqət mərkəzində idi:
"Son anda xəbər verildi ki, bu səfər baş tutacaq. Yəni dəqiq vaxtı məlum olmasa da, avqust ayında baş tutması gözləniləndir. Ümumiyyətlə, həm Türkiyə, həm də Rusiya üçün kritik səfərdir. Xüsusən də, Kreml üçün çox vacibdir. Çünki rəsmi Moskva bilir ki, "Taxıl sazişi" məsələsində çox böyük qınaqlara tuş gəlir. Ona görə ki, burada təkcə Rusiya-Ukrayna müharibəsi deyil, bütün bəşəriyyətin ac qalmasından söhbət gedir. Putin isə Türkiyədən müəyyən qədər asılılığı olduğunu bilir. Bizi maraqlandıran isə Zəngəzur dəhlizinin və Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsidir".

İ.İsmayıl əlavə edib ki, görüşdə Qarabağ məsələsinin tezliklə yekunlaşmasının müzakirə olunacağını düşünmür:
"Amma Ərdoğan NATO sammitində səsləndirdiyi "rus sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək" fikrinin üstünə yenidən gələ bilər. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı iki böyük ölkənin razılığa gəlməsi ümidi böyükdür. Yəni müsbət irəliləyiş dinamikasının olacağı gözləniləndir. Çünki Rusiya indi narazılıq edəcək vəziyyətdə deyil. Digər tərəfdən Qarabağ və Zəngəzur məsələsi isə tezliklə yox, tədricən həll olunacaq. Rusiya Cənubi Qafqazda daha çox qalmaq üçün zamanı uzadır. Bu görüşdə də Putinin hiyləgər planının olması mümkündür. Ancaq unutmamalıyıq ki, Ərdoğan da, Azərbaycanın mövqelərindən çıxış edəcək".
Qeyd edək ki, Putinin Türkiyəyə səfəri bu ay üçün gözlənilir. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya