Cinayət törətmiş şəxslərin ekstradisiyası sahəsində səlahiyyətli orqanlar dəyişib
Cinayət törətmiş şəxslərin ekstradisiyası sahəsində səlahiyyətli orqanlar dəyişib
Yusif Nəzərli
12:30 08.08.2023
Gündəm
452
Cinayət törətmiş şəxslərin ekstradisiyası sahəsində səlahiyyətli orqanlar dəyişib.
"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanun Azərbaycanın və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb.
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol (Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə) 2022-ci il 11 oktyabr tarixli 599-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Dördüncü Əlavə Protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilmiş, 15-ci (üçüncü dövlətə verilmə) maddəyə yeni bənd əlavə edilib, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulub.
Bundan başqa, Dördüncü Əlavə Protokolla təsdiq edilmiş bəyanata əsasən ekstradisiya məsələləri ilə bağlı səlahiyyətli orqanın funksiyalarının yenidən tənzimlənməsi məqsədilə Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, qanunda cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanı müəyyən edilib.
Bundan başqa, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirir. Dəyişikliyə görə həmin səlahiyyətlərin Azərbaycan Respublikasının səlahiyyətli orqanına və müvafiq icra hakimiyyəti orqanına verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi