İstəyən vətəndaşlığımızı qəbul edib yaşayar, istəməyən... - Millət vəkili
Yusif Nəzərli
12:52 08.08.2023
Aktual
1098
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxladığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Xankəndi-Gorus istiqamətində, Laçın sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidinin növbəti dəfə təmin edilməsini "Sherg.az"a şərh edən millət vəkili Elman Məmmədov bildirib ki, hər bir millətin özünə məxsus mentaliteti və spesifik xüsusiyyətləri var:
"Erməni milləti deyilən murdar topluma isə qudurğanlıq, xəyanətkarlıq, satqınlıq və.s aiddir. Tarixi hərəkətləri ilə bunları milyon dəfə təsdiq ediblər. Son 35 ildə bizə qarşı etdikləri xəyanətkarlıq və çörək itirənlik buna sübutdur. Bunlara güzəşt və humanistlik etmək olmaz. Azərbaycan onlara qarşı həmişə humanist olub, güzəştlər edib. Onlar elə bilirlər ki, bu borcdur, belə də olmalıdır. Üstəlik deyirlər ki, bu, azdır daha çoxu olmalıdır. Cinayətkar Araik Arutyunyan Ağdam-Xankəndi yolundan istifadəyə razılıq üçün Vaqif Xaçaturyanı istəyib. Görün, nə qədər düşüncəsiz hərəkətdir. Azərbaycan bizim millətimizə xas olan insanpərvərliyi və sülhsevərliyi nümayiş etdirir. Sözdə deməklə qalmayıb, əməldə də təsdiq edir. Ancaq bunların dəyərini, qiymətini onlar bilmir. Çox təəssüf ki, təkcə Ermənistan tərəfi deyil, onlara havadarlıq edən, tarix boyu onları əlində alətə çevirən qüvvələr bunlardan daha betərdir".
E. Məmmədov onu da qeyd edib ki, Azərbaycan tərəfi xarici, daxili təzyiqlərin qarşısında həm öz qanunlarına, həm də beynəlxalq qaydalara və konvensiyalara istinad edərək ədalətli mövqe tutur:
"Vaxt tədricən daralır, onlar hiss edir və çabalayırlar. Belə deyim var: "Suda batan saman çöpündən yapışır". Ermənistan tərəfi bütün oyunbazlığa və təlxəkliyə əl atır. Bunları meymun kimi ortada oynadanlar daha çox nifrətə layiqdir. Çünki sülh yaranmasına əsas maneə olan qüvvələr onlara şirin vədlər verənlərdir. Ancaq biz düz yolumuz ilə gedirik. Tədbirlər görürük, bütün yollarımız və ərazilərimiz bizim nəzarətimizdə olacaq. Vətəndaşlığımızı istəyən qəbul edib yaşayar. İstəməyən isə gedə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi