
Çanta da ağır, dərs yükü də...
09:51 29.11.2023
Elm və Təhsil
621
Dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir
“Hesab edirəm ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən baxılmalıdır”.
Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O qeyd edib ki, bu, hansısa fənlərin dəyişdirilməsi yolu ilə edilir:
“Əsasən şagirdlərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində bu həyata keçirilir. Lakin dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur”.
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, dərs yükünün ağırlığı da ən az dərslərin məzmunu qədər əhəmiyyətli bir məsələdir. Tədris proqramı kifayət qədər ağırdır, ildən-ilə də daha da ağırlaşır. Ona görə də aidiyyəti qurumlar mütləq bu mövzuya da diqqət ayırmalıdır.
Ekspertin fikrincə, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır:

“Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib-çıxarır. Dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər – pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, dərsliklərdə vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və “bir udumluq” olmalıdır. Yox, əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Orta məktəblər üçün tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual