Deputat: "Sülh danışıqları üçün ən optimal variant təkbətək görüşlərdir"
10:17 29.11.2023
Siyasət
481
"Delimitasiya və demarkasiya məsələləri isə uzun prosesdir, illərlə çəkə bilər"
"Hər hansı vasitəçi olmadan ermənilərlə daha tez dil tapmaq mümkündür. Münaqişənin uzun müddət ərzində həll olunmamasının kökündə məhz Minsk qrupunun əsas həmsədr ölkələri - ABŞ, Fransa və Rusiyanın "vasitəçilik" missiyaları dururdu".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, heç kimə sirr deyil ki, bu üç ölkənin hər birinin regionda öz siyasi, iqtisadi maraqları var:
"Onlar problemin həllindən daha çox öz korparativ maraqlarından çıxış edirdilər. Nəticədə, Azərbaycan məcburiyyət qarşısında qalaraq, müharibə yolu ilə münaqişəni həll etməli oldu. Əfsuslar olsun ki, müharibədən üç il keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsi imzalanmayıb. Bunun da əsas səbəbi, yenə də həmin "vasitəçilər"dir. Fransa prezidenti E.Makronun kobud müdaxiləsindən sonra sülh danışıqları dalana dirəndi. Hazırki vəziyyət elədir ki, Qərbin qərəzli yanaşması bizi, Rusiyanın mövqeyi isə aralarında yaranmış gərginliyə görə Ermənistanı qane etmir. Belə olan halda ən optimal variant təkbətək görüşdür. Danışıqların, sərhədin hansı hissəsində keçirilməsinin fərqi yoxdur. Ümumiyyətlə, delimitasiya proseslərinin qaydası belədir ki, növbəli şəkildə hər iki ölkənin ərazisində keçirilməlidir. Bir dəfə bizdə, bir dəfə də Ermənistanda. Qazax da ola bilər, Laçın da".
Parlament üzvünün sözlərinə görə, anklavların qaytarılması məsələsi 10 noyabr üçtərəfli bəyannaməsində və sonra əldə olunmuş razılaşmalarda əksini tapmış məsələdir:
"Delimitasiya və demarkasiya məsələləri isə uzun prosesdir. Hətta illərlə çəkə bilər. Əvvəlcə tərəflər arasında mübahisə doğurmayan ərazilər dəqiqləşdirilir və protokollaşdırılır. Sonra mübahisəli bölgələr üzrə müzakirələr aparılır. Sərhədlərin dəqiqləşdirilməməsi sülh müqaviləsinin imzalanması üçün maneçilik törətməməlidir. Əsas odur ki, iki dövlət arasında sülh müqaviləsi imzalanmalı, gərginlik aradan qalxmalı, kommunikasiyalar açılmalı, regionun yenidən hərbiləşdirilməsinin, kənar qüvvələrin daxil olmasının qarşısı alınmalıdır. Qalan digər məsələlər iki dövlət arasında, hər hansı vasitəçilər olmadan, danışıqlar yolu ilə həllini tapmalıdır. Əgər, Ermənistan özündə siyasi iradə tapa bilsə, İrəvanla-Bakı arasında birbaşa təmaslar effektiv ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual