İşçilərin hüquqlarını pozan vəzifəli şəxslər cərimələndi
12:09 29.11.2023
Hadisə
432
Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı vətəndaşlardan və ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı “Holidays Tour” MMC hüquqi şəxsi və onun vəzifəli şəxsi tərəfindən vətəndaşların əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, “İnam 2019” MMC-nin vəzifəli şəxsi tərəfindən isə əməyin mühafizəsi qaydalarının pozulması, “Alıoğlu Construction” MMC-nin vəzifəli şəxsi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov tərəfindən isə işçilərin əmək haqqının ödənilməsi zamanı qanun pozuntularına yol verilməsi halları müəyyən edilib.
Qeyd olunan hüquqpozmalar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və müvafiq səlahiyyətli quruma göndərilib.
Səlahiyyətli qurum və müvafiq rayon məhkəmələrin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində, vəzifəli şəxslər isə 5 min manatadək müxtəlif məbləğlərdə inzibati qaydada cərimə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region