
Türkiyənin qərarı İsveçdən asılıdır-ŞƏRH
12:48 29.11.2023
Dünya
546
Bu ilin sonuna qədər Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyə bilər.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, NATO-nun baş katibi Yens Stoltenberqlə danışığı zamanı deyib.
"Problemin həlli üçün çox çalışırıq və İsveçin NATO-ya üzvlüyü haqqındakı sənəd, il sonuna qədər ratifikasiya edilə bilər",- deyə Hakan Fidan bildirib.
Qeyd edək ki, 16 noyabr tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan İsveçin NATO-ya üzvlük ilə bağlı danışıqların təxirə salınması qərara alınıb.
Mövzunu “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, İsveç hazırda Türkiyənin şərtlərini tam şəkildə yerinə yetirməyib:
“Amma belə anlaşılır ki, rəsmi Ankara bəzi məsələlərlə bağlı qarşılıqlı güzəştə getmək niyyətindədir. Yəqin, güzəştin özünün də siyasi və diplomatik səbəbləri var. İlk dəfə bir neçə ay bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə bu məsələnin təsdiqinə çalışacağını vəd etmişdi. Bir neçə dəfə sözü gedən mövzu təxirə salındı. Nəhayət Hakan Fidanın bu dəfə verdiyi mesaj məsələnin qarşıdakı bir neçə həftə ərzində həlli yönündədir. Amma Türkiyə parlamenti məsələni ratifikasiya etməyənə kimi İsveçin NATO- ya üzvlüyünün mərkəzi Ankara tərəfindən razılaşdırılmasını demək mümkün deyil. Çünki bu vaxt ərzində vəziyyət dəyişə bilər”.

Politoloq İsveçdə daxil olmaqla Avropa məkanında Türkiyəyə qarşı müəyyən aqressiv yanaşmaların artmağa başladığını söyləyib:
“İsveçin partiyalarından bəziləri islam dininin qadağan olunması, məscidlərin bağlanması ideasını irəli sürüblər. Doğrudur, İsveçin rəsmi dairələri dərhal çağırışlara sərt reaksiya verərək belə addımın atılmayacağını bildirdilər. Lakin parlamentin iclasına qədər İsveçdə Türkiyəyə və islam cəmiyyətinə qarşı hər hansı fəalliyyətlər olarsa, rəsmi Ankara bu məsələni yenidən təxirə sala bilər. Hazırda hər şey İsveçin özündən aslıdır. Türkiyənin şərtlərini və gözləntilərini qarşılayacaqlarsa, rəsmi Ankaranın İsveçi NATO-dan saxlaması üçün səbəb olmayacaq. Türkiyənin belə bir niyyətidə yoxdur. Bunu Finlandiya örnəyində də gördük. Finlandiya imzalanmış 3 tərəfli müqaviləyə uyğun davrandı və Türkiyə onları İsveçdən ayıraraq üzvlüyünü ratifikasiya etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region