Xüsusi hazırlıqda iştirak üçün taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlanıb
Yusif Sultanoğlu
08:42 01.12.2023
Cəmiyyət
745
Taksi sürücülərindən xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün tələb ediləcək sənədlər açıqlanıb.
APA xəbər verir ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən, sürücülər xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu
Qaydada göstərilən qurumlara təqdim etməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- bir ədəd fotoşəkil (3x4 sm ölçüsündə);
- sürücülük vəsiqəsinin surəti.
Xüsusi hazırlığı keçirən qurumlar tərəfindən yuxarıda qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilmir.
Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi sürücülərin razılığı ilə sorğu əsasında müvafiq
dövlət orqanından (qurumundan) tələb olunur və ya sürücülər tərəfindən təmin edilir.
Xüsusi hazırlıqda iştirak etmək üçün müraciət etmiş və bu Qaydada göstərilən sənədləri təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 (beş) gün qalmış bu barədə məlumat verilir.
Xüsusi hazırlıq üzrə mühazirələr bu Qaydanın tələbi nəzərə alınmaqla, əyani formada keçirilir. Xüsusi hazırlıq üzrə mühazirələr sürücülərin müraciət etdiyi halda, habelə forsmajor hallarda həmin mühazirələri keçirən bu Qaydanın 4-cü hissəsində göstərilən qurumların qərarı əsasında distant formada və ya əyani və distant formanın birgə tətbiqi ilə keçirilə bilər.
Xüsusi hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq
materialları ilə təmin olunurlar.
Qeyd edək ki, xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat