
Diplomatik təəssübkeşlik: Parisin erməni sevdası orta əsrlərər dayanır -ŞƏRH
11:41 12.01.2024
Siyasət
575
Azərbaycan Prezidenti İlham Əliyev geniş müsahibə verib. Müsahibədə olduqca maraqlı məqamlar var. Xüsusilə də Ermənistan və Fransa haqqında.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Fransa hazırda Ermənistanı silahlandıran, ruhlandıran, bu ölkəyə hərbi təlim keçirən və onu yeni müharibəyə hazırlayan ölkədir. Prezident Əliyevin bu sözlərini dinləməyə dəyər. Əslində bu o deməkdir ki, Ermənistan indi Fransanın müttəfiqinə çevrilib, Fransa isə Rusiyanın düşmənidir. Buna gözümüzü yuma bilmərik. Əks halda Ermənistan ikinci kiçik Ukraynaya çevriləcək. Bakı bu yaxınlarda fransız casusunu həbs etdi. Eyni zamanda, hər iki ölkə bir-birinin bir neçə diplomatını ölkədən çıxarıb. Azərbaycan getdikcə daha çox Rusiyanın təkcə dostuna deyil, həm də əslində müttəfiqinə çevrilir”, - o bildirib.
S. Makrovun fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov "Sherg.az"a söyləyib ki, siyasi müttəfiqlik, diplomatik təəssübkeşlik tarixə söykənən və uzun illərlə inşa olunan bir anlayışdır:
"Bu Fransanın Ermənistana olan sevgisi kimidir. Əlavə olaraq orta əsrlərdə, səlib yürüşləri dövründə avropalıların və fransızların Yaxın Şərqdəki, Anadoludakı erməni icmaları ilə sıx əlaqələri də məlumdur.
Lakin biz 1990-cı illərin əvvəllərinə nəzər salsaq Azərbaycan-Fransa əlaqələrinin qarşılıqlı anlaşma və əməkdaşlıq üzərində inşa edildiyini deyə bilərik. 1993-cü ildə Fransua Mitteran və Ulu Öndər Heydər Əliyev Fransa ilə Azərbaycan arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında saziş imzalamışdılar. Görüşdə Fransa Prezidenti Fransua Mitteran açıq şəkildə demişdi: “Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Əmin ola bilərsiniz ki, Fransa hamımızın ehtiyac duyduğu sülhə qısa zamanda nail olmaq üçün sizin tərəfinizdə olacaq”. Bu müzakirələrdən sonra elə anlaşılırdı ki, Fransanın siyasətində Azərbaycanın xeyrinə ciddi dəyişiklik müşahidə olunacaq, Paris Ermənistana ciddi təzyiqlər edəcək, əməli addımlar atacaq. Lakin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında böyük problemlər qaldırdı və zaman İrəvanın xeyrinə işləyirdi. Bu baxımdan da praktiki addımların atılması məsələsi gəldikdə F.Mitteran heç nə edə bilməyəcəyini deyirdi. O bilavasitə etiraf etmişdi ki, “ermənilər Fransaya yaxın xalqdır”.
Ulu Öndər Heydər Əliyev görüşləri zamanı Prezident Jak Şiraka ümumilikdə, Fransa rəhbərlərinə Ermənistanın təcavüzü barədə dolğun məlumatlar verirdi. Ümummilli Lider keçmiş hərbi münaqişənin sülh yolu ilə həlli sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində bu ölkənin praktiki addımlar atmasını da gözləyirdi.
Lakin Fransanın digər prezidentləri də ermənipərəst rəğbətini gizlədə bilmirdi. Onlar eyni mövqedən çıxış edərək erməni xalqını uzun illərdir tanıdıqlarını etiraf edirdilər. Bununla da əlaqələrin, münasibətlərin uzunmüddətli perspektivlərə söykəndiyini vurğulayırdılar".

Ekspert onu da qeyd edib ki, bu gün də Fransa oxşar siyasət xəttini davam etdirir:
"Fransa siyasi rəhbərliyi əvvəllər Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirərkən diplomatik etikaya riayət edirdisə, daha sakit yanaşırdısa, hazırkı lider Emmanuel Makron bu baxımdan aydın şəkildə Ermənistanı dəstəkləyir, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq, Azərbaycana qarşı həm Fransa tərəfindən, həm də nüfuzlu təşkilatlar səviyyəsində təzyiqlər edir, sanksiyalar üçün səy göstərir. O, əsassız ittihamlar və absurd bəyanatları ilə artıq Azərbaycanla münasibətləri xeyli dərəcədə korlaya bilib. Hər kiçik məsələdə belə olsa Ermənistanı diqqətdən kənarda qoymayan Fransa bu sevgisini son zamanlar daha da artırıb. Rəsmi Parisinin erməni sevgisinin təməlində duran digər bir məsələ isə Fransanın regiona giriş üçün Ermənistanı açar rolunda görməsi ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət