Azərbaycanla İran arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Yusif Nəzərli
05:35 18.01.2024
Hərbi
789
Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə olub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetində olub. Qonaqları salamlayan general-mayor İ.Ə.Müqəddəm onları İranda görməkdən məmnun olduğunu bildirib. Nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetinin elm, tədris və kitabxana bazası ilə tanış olub, onlara təhsil müəssisəsinin fəaliyyəti haqqında brifinq təqdim edilib.
General-mayor A.Həsənov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu ilə bağlı məlumat verib.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi xüsusi vurğulanıb.
Sonra Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub.
Səfər çərçivəsində, həmçinin İran Ordusunun Komanda və Qərargah Universiteti, İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsi də ziyarət edilib.
Görüşlərdə ölkələrimiz arasında hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya