ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
19:40 16.04.2024
Dünya
354
“ABŞ administrasiyası Rusiyanın dondurulan aktivləri ilə bağlı müxtəlif variantları nəzərdən keçirir, həmçinin Moskvanın mümkün cavab tədbirlərinin nəticələrini öyrənir”.
Bunu ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.
O vurğulayıb ki, Ukraynanın daimi yardım axınına ehtiyacı var və buna görə də Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş suveren aktivlərindən (təxminən 285 milyard dollar) iqtisadi fayda və resurs əldə etməyin yolunu axtarır.
Onun sözlərinə görə, aktivlərin faktiki müsadirəsindən tutmuş onların Ukrayna üçün borc öhdəliklərinin verilməsi zamanı girov kimi istifadə edilməsinə qədər bir sıra imkanlar nəzərdən keçirilir.
Yellen əlavə edib ki, Rusiya Federasiyası artıq ABŞ, Avropa ölkələri və digər ölkələrdəki şirkətlərə qarşı bir sıra tədbirlər görüb.
“Əlbəttə ki, Moskvanın qisası olacaq. Biz bu dondurulmuş aktivlərin istifadəsi ilə bağlı risklərə baxırıq və G7 liderlərinə təqdim edə biləcəyimiz müxtəlif strategiyaları qiymətləndiririk”, - deyə Yellen bildirib.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial