
Aşıq Ələsgərin dağıdılmış abidəsini Ağkilsə kəndində də bərpa edəcəyik
11:45 01.10.2024
Mədəniyyət
1151
Bakıda ucalan abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir
Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq qürur duyur. Dövlət tərəfindən həyata keçirilən uğurlu siyasət mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir.
Sentyabrın son günü dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərində Azərbaycan aşıq sənətinin böyük nümayəndələrindən olan Aşıq Ələsgərin abidəsi açıldı. Prezident hələ 3 il əvvəl ustad sənətkar Aşıq Ələsgərin adının əbədiləşdirilməsi ilə bağlı iki sərəncam imzalamışdı. Bu sərəncamlardan biri Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, ikincisi isə onun abidəsinin ucaldılması ilə bağlı idi. Elə bu sərəncama uyğun olaraq da paytaxtın gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.
Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb-yaradıb. Cənab Prezidentin açılış mərasimindəki çıxışında bildirdiyi kimi, hətta görkəmli sənətkar Aşıq Ələsgər də ermənilərin etnik təmizləməsinə məruz qalıb, 97 yaşında öz torpağından köçməyə məcbur olub. Lakin müəyyən müddət sonra o, doğma kəndinə qayıda bilib, ömrünü Göyçə mahalında başa vurub.
Aşıq Ələsgər çoxəsrlik tarixə malik Azərbaycan aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Aşıq Ələsgər çox sayda yetirmələri olan məktəb formalaşdırıb və gələcəyin məşhur el şairlərinə böyük təsir göstərib.
Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri uzun illər məhz Ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdıldı. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, gün gələcək dövlətimiz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini də bərpa edəcək.
Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad etdi. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib və nəhəng işlər görülür. Artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə hər səfəri tarixi hadisədir. Ermənilərin yaratmaq istədikləri mif tarixə qovuşub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpaqlarda əbədi yurd salırlar. Vətən müharibəsində qazandığımız Zəfərdən dörd il ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımızı reallığa çevirmək məqsədilə davamlı işlər görülür, böyük layihələr həyata keçirilir.
Azərbaycan dövləti tarixi ədaləti bərpa edib və öz əzəli torpaqlarının tam sahibidir. Qazandığımız uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür.
Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. Cənab Prezidentin dediyi kimi: "...Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Gülşən Quliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual