
Ailədaxili şiddət: Heyvanı belə,vuraraq əhilləşdirmirlər -RƏY
10:03 03.10.2024
Sosial
400
Bakının Suraxanı rayonunda 1975-ci il təvəllüdlü Saleh Məmmədov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sümbülə Məmmədovaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 9-da baş verib.
Saleh həmin gün, saat 18:00-da yaşadığı evdə həyat yoldaşı Sümbülənin gün ərzində telefonda uzun müddət danışmasını və onun telefon zənginə cavab verməməsini irad kimi bildirib.
Bu zaman onun Sümbülənin ünvanına nalayiq ifadələr işlətməsi və sonuncunun ona cavab qaytarması səbəbindən aralarında mübahisə yaranıb və Saleh əsəbiləşərək yumruqla qəsdən bədəninin müxtəlif nahiyələrinə bir-neçə dəfə zərbə endirib.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Saleh 3 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, kişi xanımını tanıyıb güvənmədiyinə görə, telofonla çox danışdığını bəhanə edərək ona şiddət göstərir:

''Bu nüans həmin kişinin ciddi psixoloji problemi olduğunu göstərir. Heyvanı belə,vuraraq əhilləşdirmirlər. Ona görə də bu tip şəxslərə sual vermək lazımdır ki, sən hansı səbəbdən xanımına əl qaldırırsan? Günümüzdə kişilərin niyə məhz, şiddət dilindən istifadə etdiyi müzakirə edilməlidir. Ümumiyyətlə evdar xanımların məsuliyyəti tək ev işlərini həll etmək olduğu üçün telefonla danışa-danışa işini həll edir. Burada böyüdüləcək bir səbəb yoxdur. Doğrudur, son illər sosial şəbəkələr, telefon bir çoxumuzun həyatının ayrılmaz hissəsinə çevrilib. Telefondan aslılıq, tez-tez baş ağrısı, qeyri-sabit təzyiq, artıq çəki artımı və stressə davamlılığın azalmasına səbəb ola bilər. Təbii ki,digər asılılıqlar kimi bununlada mübarizə etmək mümkündür. Məsələn, lazımsız tətbiqetmələrdən və oyunlardan gələn bildirişləri söndürmək, yemək yeyərkən fikri smartfona yayındırmamaq, və telefonu köhnə fayl və tətbiqlərdən təmizləmək məsləhətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual