Elmir Əkbər: Ağır psixi xəstəliklər 9,10,11-ci sinifə təsadüf edir
12:47 03.10.2024
Sosial
1219
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.
Cəmiyyətimizdə bu tip hadisələr rezonans doğursa belə,bitib- tükənmədiyini deyən psixoloq Elmir Əkbər “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bunun kökündə 3 əsas səbəb- ailə, məktəb və cəmiyyət durur:
''Ən əsas faktor isə ailədir. Çünki uşaq məktəbi bitirdikdən sonla hər kəslə ünsiyyətdə olmayacaq. Amma ailə uşağın etdiyi səhvlərə görə, daim əziyyət çəkəcək. Ona görə də valideynlər uşaqların psixoloji durumuna psixoterapevt müstəvisində düzgün qiymətləndirməlidirlər. Bizim vaxtımızda belə deyildi kimi fikirlər artıq öz mahiyyətini itirib. Beləki 19-cu əsrdə Avropada bizim yaşadığımız problemlərlə üz-üzə olunduğu üçün psixoterapiya elmi yaranaraq populyarlaşdı. Eləcə də Azərbaycan həmin vəziyyətə düşdüyü üçün psixologiya sahəsində maariflənməliyik. Bununla, valideynlər uşaqları ilə düzgün kontakt qura biləcəklər. Nəyinsə öhdəsindən gələ bilmədikdə ən azından müayinə məqsədi ilə həkim-psixoterapevtin görüşünə gəlməlidirlər. Adətən, ağır psixi xəstəliklər, problemlər yeniyetməliyin sonu, gəncliyin əvvəli və 9,10,11-ci sinifə təsadüf edir. Çünki bu dövrdə ağır psixozlar baş qaldırır, şəxsiyyət pozuntuları artır. Bu zaman əsasən 2 nüansa diqqət etməliyik. Əgər uşaq aqressiv, şübhəli davranırsa, yaxşı olduqları yaxınları və xüsusən valideynləri ilə kobud rəftar edirsə, bunun üstünə vaxtında düşülməzsə, paranoy şizofreniya və yaxud narkotikə aludəçilik yarana bilər. Daha sonra uşaq özünə qapanır, nələrdənsə zövq almır, dostlarıyla belə ünsiyyətdən qaçır, maraq dairəsi gedikcə daralır, gigiyenasına fikir vermirsə, bu sadə formada şizofreniya, qumar asılılığı,ağır endogen depressiya, bipolyar pozuntunun simptomları ola bilər. Kənardan bəziləri tövsiyyə edir ki, keçid dövrüdür fikir verməyin, düzələcək. Ancaq sabahsı gün həmin gənc psixi xəstəxanaya yerləşdiriləndə həmin adamların heç biri valideynin yanında olmayacaq''.
Ekspert diqqətə çatdırıb ki, valideynlər vaxtında mütəxəssisə müraciət etməlidir:
''Orta məktəbin yuxarı siniflərində Ali təhsil müəsisələrində psixologiya və psixoterapiya haqda şagirdlərə və tələbələrə məlumatlar verilməlidir. Oradakı psixoloq ştatlarında əsl, peşəkar psixoloqlar çalışmalıdır. Qeyd edim ki, məktəb psixoloqunun hansısa uşağı müalicə etmək kimi bir öhdəliyi yoxdur. Onun funksiyası problemli uşaqları aşkar edərək valideyni mütəxəssisə yönləndirməkdir. Ancaq bizim məktəblərdə prosses bu cür baş vermir. Nəticədə böyük problemlər baş verir. Həyat bumeranqdır. Hamı bilməlidir ki, cəmiyyətdə yaranan nöqsanlara biganə yanaşsaq, ertəsi gün bizim də başımıza gələ bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat