
Müəllimlər xaricdə yaxalarında xüsusi nişanla gəzir - AÇIQLAMA
21:18 07.11.2024
Elm və Təhsil
678
Bu nişandan onların müəllim olduğu bilinir və hər yerdə onlara hörmət göstərilir
“Müəllimlərin əməkhaqqından vergi tutulmaması təhsilin inkişafı və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir”
“Ən böyük problemimiz təhsildir. Bəzi məsələləri ortadan qaldırmalıyıq ki, inkişaf edək”. Bu fikirləri Milli Məclisin dünənki iclasında deputat Fazil Mustafa səsləndirib. Deputat bildirib ki, əsas problemlərdən biri müəllimlərin yaşadığı yerlərdən uzaqdakı məktəblərdə çalışmasıdır: “Məsələn, Pirşağıda, Kürdəxanıda yaşayan müəllim Qaradağa dərs keçməyə gedir. 150 min müəllimdən 50 mini bu problemi yaşayır. Bunu sistemləşdirmək nə qədər çətindir? Elə sistem qurmalıyıq ki, müəllim vaxtında dərsə çatsın. Çünki bu hal məktəbdəki təhsilə də təsir edir. Müəllimlərin bu vəziyyətini yüngülləşdirməliyik. Bu məsələyə diqqət çəkməyi vacib sayıram”.
Təhsil eksperti Kamran Əsədov da bu fikirdədir ki, müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır. “Sherg.az"a açıqlamasında K.Əsədov qeyd etdi ki, müəllimlərin əməkhaqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir:

- Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir. İnkişaf etmiş bir çox ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir. Vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlərə də təhsil sektorunda qalmaq üçün cəlbedici bir mühit yaradar.
K.Əsədov bildirdi ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verəcək:
- Bununla peşəkarlığın artmasına yardım edilmiş olur. Müəllimlər müxtəlif kurslara, təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar. Müəllimlərin əməkhaqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir. Yaponiyada müəllimlər yaxalarında xüsusi nişanla gəzir. Bu nişandan onların müəllim olduğu bilinir və hər yerdə onlara hörmət göstərilir. Bundan başqa orada müəllimlər üçün xüsusi mağaza da var, harada ki məhsullar güzəştli, ucuz qiymətlərlə satılır. Finlandiya, İsveç və Norveç, Niderlandda müəllim ən çox əmək haqqı alan şəxsdir. Müəllimin qazancı ildə bizim pulla 120 min manat təşkil edir. Və bu ölkələr tədrisin səviyyəsinin ən yüksək olduğu ölkələrdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı