
“Qırmızı Kitab" üçün gizli görüş: Mobil telefonlar və ağıllı saatlar içəri buraxılmadı
09:57 18.12.2024
Gündəm
424
Dövlətin “gizli konstitusiyası” kimi qələmə verilən və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi işləri başa çatıb. Milli Təhlükəsizlik Şurasının Baş Katibliyində ayın əvvəlində “gizli” iclas keçirilib. Yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyü toplantıda iştirakçılara mobil telefon və ağıllı saatlar buraxılmayıb. Araşdırmalardan sonra məsələnin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.

Sherg.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üçün hərəkətə keçib.
Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi üçün bu ilin ilk aylarında nazirliklərdən və aidiyyəti qurumlardan rəy istənilib.
Nazirliklərdən və aidiyyatı qurumlardan toplanan məlumatlar çərçivəsində araşdırmalar aparılıb. Bu ayın əvvəlində Milli Təhlükəsizlik Şurasının Baş Katibliyində işləri yekunlaşdırmaq üçün “gizli” iclas keçirilib.
Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən iclasda “Qırmızı kitab”la bağlı edilməsi planlaşdırılan tənzimləmələr ətraflı müzakirə edilib.
İştirakçıların mobil telefonlarının və smart saatlarının buraxılmadığı , təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə görüldüyü görüşdən sonra kitabın yenilənməsi işləri yekunlaşıb.
Araşdırmalardan sonra məsələnin prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.
Milli Təhlükəsizlik Siyasəti Sənədi məzmununa görə dövlətin daxili və xarici təhlükə qavrayışlarını maddə-maddə müəyyən edən sənəddir.
Sənəd Milli Təhlükəsizlik Şurasının iclasları zamanı təhdiddəki dəyişikliklər əsasında müntəzəm olaraq yenilənir.
Milli təhlükəsizliyin təmin edilməsi və milli məqsədlərə nail olmaq üçün Milli Təhlükəsizlik Şurasının müəyyən etdiyi fikirlər çərçivəsində daxili, xarici və müdafiə fəaliyyət prinsiplərini əhatə edən Milli Təhlükəsizlik Siyasəti Sənədi sonuncu dəfə 30 sentyabr 2019-cu ildə prezident Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının keçirilən iclasında müzakirə edilib.
İclasdan sonra verilən açıqlamada bildirilib ki, “Ölkəmizdə, bölgəmizdə və dünyada baş verən hadisələrin milli təhlükəsizliyimizə təsirləri bütün aspektlərdə qiymətləndirilərək hazırlanan Milli Təhlükəsizlik Siyasəti Sənədi müzakirə edilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə