Politoloq: Rusiya və Azərbaycan arasında səmimi dostluq munasibəti mövcuddur
Yusif Nəzərli
12:13 18.12.2024
Dünya
617
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. O bildirib ki, artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Prezident İlham Əliyev bundan sonra da belə olacağına əminliyini ifadə edib. Dövlət başçısı vurğulayıb ki, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlər yüksək səviyyədə inkişaf edir:
“Bu hər iki dövlətin mənfəətinə uyğundur. Yəni hər iki dövlətin münasibətlərinin inkişafına həm Azərbaycan, həm də Rusiya kifayət qədər xeyir gətirir. Digər tərəfdən Azərbaycan və Rusiyanın ortaq tarixi əlaqələri mövcuddur. Regional əməkdaşlıq çərçivəsində əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və sabitliyin yaranmasına böyük töhfədir. Azərbaycan və Rusiyanın qonşu dövlətlər olması Moskvada azərbaycanlıların yaşayaraq mühim işlər görməsi iki dövlətin iqtisadi, mədəni əlaqələrinin dirçəldiməsi baxımından xüsusi əhəmiyyətlidir. Hazırda Azərbaycan müharibə dövründən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Rusiya isə yaranan yeni reallıqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı özünün prioritet istiqamətinə çevirdi. İki ölkə arasında inkişaf edən əməkdaşlıq yeni müstəvidən xəbər verir. İlham Əliyevin Rusiya telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də iki ölkə arasındakı əməkdaşlığın yüksələn xətlə irəlilədiyini göstərir. Qarşılıqlı səfərlər, ikitərəfli münasibətlərin daha da yüksəldiməsi istiqamətində atılan addımlar Rusiya və Azərbaycan arasında səmimi dostluğun olduğundan xəbər verir. Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı üçün geniş şəkildə imkanlar var və hər iki ölkə bu fürsətlərdən yararlanmağa səy göstərir. Sözügedən münasibətlər qarşılıqlı hörmət əsasında formalaşıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya