Sarkozi: Məhkəmənin qərarından şikayət etmək fikrim yoxdur
Yusif Nəzərli
15:45 18.12.2024
Dünya
353
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi barəsində olan məhkəmə qərarına münasibət bildirib.
APA xəbər verir ki, bu barədə o “X” hesabında yazıb.
N. Sarkozi hər hansı dəlillərə əsaslanmayan ittihamları qəbul etmədiyini, buna baxmayaraq, qanun qarşısında cavab verməyə hazır olduğunu açıqlayıb:
“Məhkəmənin qərarından şikayət etmək fikrim yoxdur, lakin ədalətsizliyi də qəbul etmək niyyətində deyiləm. Bu işdə həm mənim hüquqlarım, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin tələbləri pozulub. Lakin bu məhkəməyə apellyasiya şikayətim ölkəmə və onun nüfuzuna xələl gətirə bilər. Belə bir məqamda mən sadəcə, hüquqlarımı qorumaq və təqsirsizliyimi sübut etmək istəyirəm. Bu məsələdə son dərəcə qərarlıyam. İnanıram ki, yekunda ədalət qalib gələcək. Belə olduqda isə hər kəs Fransa xalqı qarşısında hesabat verməli olacaq”.
Qeyd edək ki, Fransanın Ali Məhkəməsi keçmiş Prezident Nikolya Sarkozinin barəsindəki 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb. Qərar “nüfuz alveri” ittihamı ilə ona qarşı qaldırılan cinayət işi üzrə hökmdən şikayət əsasında çıxarılıb. O cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya