
Naxçıvana dotasiyanın azaldılması iki səbəblə bağlıdır -AÇIQLAMA
Yusif Nəzərli
02:00 19.12.2024
İqtisadiyyat
574
Energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi nəzərdə tutulur
2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə təsdiq olundu. Büdcə layihəsinin ilkin versiyasında gələn il büdcə xərclərinin 320,5 milyon manatının və yaxud 0,8 faizinin Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşməsi nəzərdə tutulub. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 faiz azdır. Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 343,3 milyon manatı və yaxud 0,9 faizi Naxçıvan büdcəsinə verilən dotasiya kimi nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 24,2 faiz azdır.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, büdcə layihəsinin yekun sənədində dotasiya 34 milyon 816 min manat azaldılaraq 285 milyon 713 min manat nəzərdə tutulub. Deputat qeyd edib ki, son sənəddə dövlət büdcəsindən Naxçıvana ödəniləcək dotasiyanın məbləğinin azaldılması iki səbəb ilə bağlıdır:

"Naxçıvanda energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi nəzərdə tutulur. İkinci istiqamət üzrə dotasiyanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikanın ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunması planlaşdırılır. Bütövlükdə, son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılması bölgədə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsi ilə bağlıdır. Eyni zamanda vəsaitlərin xərclənməsində səmərəliliyin və şəffaflığın gücləndirilməsi də dövlət büdcəsindən dotasiyaya tələbini azaldır. O baxımdan bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu, son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı daha da gücləndikcə, dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya