
Şaxta baba kimi obrazlar vasitəsilə uşaqların aldadılma riski var -Psixoloq xəbərdarlıq etdi
09:10 19.12.2024
Sosial
463
Rusiyanın Tatarıstan Respublikasında 54 yaşlı Vladimir Şişkanov altı yaşlı qıza qarşı zorakılıq etməkdə təqsirləndirilib.
Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, o, Buqulma şəhərində tanınan Şaxta babadır. Kişi şəhəri gəzərək uşaqlara konfet paylayıb, azyaşlıları evinə dəvət edib.
Məlumata görə, həmin şəxs təmir işi gördüyü tanışlarının evində onların qızına təcavüz etməkdə ittiham olunur. O, öz hərəkətlərini telefona çəkib, videonu montaj edib və mesencer vasitəsilə həmsöhbətlərinə göndərib.
Şübhəli şəxs saxlanılıb. Onun telefonunda digər uşaqlara nalayiq mesajlar da tapılıb. Məlum olub ki, Şişkanov əvvəllər artıq oxşar cinayətə görə məhkum olunub.
İndi istintaq onun başqa cinayətlərdə iştirakının mümkünlüyünü nəzərdən keçirir.
Mövzuya münasibət bildirən Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, uşaqların təhlükəsizliyi valideynlərin, cəmiyyətin və müvafiq qurumların ortaq məsuliyyətidir:

“Valideynlər uşaqlara yad insanlarla ünsiyyətin potensial təhlükələri barədə məlumat verməlidirlər. Şaxta baba və digər obrazlar vasitəsilə uşaqların aldadılma riski var. Çünki bu, onların etibarını asanlıqla qazana biləcək obrazlardır. Uşaqlara bu mövzuda təlimatlar vermək lazımdır ki, heç bir yad insanın təklif etdiyi konfeti və ya digər şeyləri qəbul etməsinlər. Həmçinin onlkara yad insanların dəvətini qəbul etməmək vərdişi qazandırılmalıdır. Eyni zamanda şübhəli vəziyyətdə dərhal valideynlərinə və ya etibarlı bir şəxsə məlumat verməyi tapşırmalıyıq”.
Psixoloqun sözlərinə görə şəhər miqyasında bu kimi halların qarşısını almaq üçün tədbirlər görülməlidir:
“Belə kostyumlu obrazların fəaliyyəti ilə bağlı xüsusi icazə və yoxlanış sistemləri tətbiq olunsun. Şübhəli şəxsləri tanımaq və zərərsizləşdirmək üçün nəzarət gücləndirilsin.
Unutmayaq ki, uşaqların təhlükəsizliyi həm evdə, həm də cəmiyyətdə maarifləndirmə və məsuliyyət tələb edir. Uşaqlarımızı qorumaq üçün həm fərdi, həm də ictimai səviyyədə daha diqqətli olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol