İlham Əliyevin mesajları ünvanlarına çatıb - RƏY
Yusif Nəzərli
04:20 20.12.2024
Aktual
597
Qərbin əlində olan media qrupları Azərbaycan və Cənubi Qafqaz regionu haqqında "feyk" informasiyalar yayır
Prezident İlham Əliyevin yerli və xarici mətbuata hər müsahibəsi mühüm məqamlarla yanaşı, regional və beynəlxalq çağırışları da özündə əks etdirir. Dövlət başçısının dekabrın 17-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi də bu qəbildəndir. Prezident növbəti dəfə ölkəmizlə yanaşı, regionda, bütövlükdə beynəlxalq aləmdə baş verən proseslərə yeni konseptual yanaşma ortaya qoyub.
Bəllidir ki, Azərbaycan qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, həmçinin əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir. Bu mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır. İlham Əliyevin dediyi kimi, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Təbii ki, Ermənistan və onun havadarlarının destruktiv fəaliyyətinə də toxunulur, onun Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığının regional təhlükəsizliyə birbaşa təhlükə törətdiyi vurğulanır. Prezident İlham Əliyev Azərbaycanın bütün bunlara adekvat tədbirlər görməyə məcbur olduğunu deyib. Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayır. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda necə revanşist əhvali-ruhiyyəni qızışdırdığını, münaqişənin potensial bərpasına şərait yaratdığını görürük. Buna görə də dövlət başçısı İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi. Azərbaycan istənilən hərbi təxribata cavab verəcək.
Millət vəkili Azər Badamov deyib ki, Prezident İlham Əliyev Rusiya televiziyasına verdiyi müsahibədə region üçün çox vacib məsələlərə toxundu və müvafiq dairələrə ünvanlanmış çox ciddi mesajlar səsləndirdi. Deputatın sözlərinə görə, dövlət başçısının müsahibəsi dünya ictimaiyyəti tərəfindən çox diqqətlə dinlənilib və Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr haqqında dolğun təəsürat yaradıb:
"Qərbin əlində olan media qrupları Azərbaycan və Cənubi Qafqaz regionu haqqında "feyk" informasiyalar yayır və özlərinin yaydıqları qərəzli qarayaxmalara dünya ictimaiyyətini inandırmağa çalışır. Prezident İlham Əliyevin beynəlxalq media agentliklərinə verdiyi müsahibələri reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi rol oynayır. Həm də ölkəmizə qarşı qərəz ifadə edənlər də dövlət başçımızın müsahibəsinə baxıb öz hərəkətlərində müəyyən qədər dəyişikliklər edirlər. Çünki onlara öz səhvlərini özlərinin üzünə deyən adamlar yox dərəcəsindədir. Ona görə də onlar özlərini haqlı görərək beynəlxalq hüquq normalarını pozurlar və ikili standartlardan yanaşmalarını həqiqət kimi qəbul edirlər. Bu baxımdan dövlət başçımızın mesajları ünvanlarına çatıb və həmin dairələr tərəfindən müəyyən nəticələr çıxaracağını hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm