
İran və Rusiyanın "oyunu artıq bitib": Suriyada əsas söz sahibi Türkiyədir
09:03 14.01.2025
Region
743
Erməni iranşünas Vardan Oskanyan deyib ki, İran PKK-nın Suriyadakı qanadına 1500 kamikadze dron göndərməyi planlayıb:
"Məqsəd onların Suriyanın şimal-şərqində Türkiyə dəstəkli qüvvələrlə döyüşməsini təmin etməkdir. Rəsmi Tehran kürdlər vasitəsilə Suriyada yenidən hərəkətə keçib. Artıq 1500 dronun verilməsi ilə bağlı razılığa gəlinib, lakin bu baş tutmayıb. Əgər xəbər doğrudursa, o zaman Suriyada çoxdandır danışdığımız anti-Türkiyə məzmunlu kürd-İran əməkdaşlığı açıq şəkidə müşahidə edilir deməkdir. Bəşər Əsəddən sonra ərazidə faktiki məsuliyyət Ankaranın üzərinə düşdü, Türkiyə prosesin dərinliklərinə irəliləyir. İranın HƏMAS və “Hizbullah” kimi proksilərinin son zamanlarda çətin vəziyyətə düşməsindən sonra Suriyada itirdiyi gücünü PKK vasitəsilə əldə etməyə çalışdığı iddia olunur".
Qeyd edək ki, Türkiyənin “Yeni Şafak” qəzeti İranın PKK-ya 1500 kamikadze dron göndərməsi ilə bağlı tərəflər arasında razılığın əldə olunduğunu yazıb. Lakin Ankaranın dronların təhvili prosesinə mane olduğu bildirilir. Məlumata görə, sözügedən razılaşma İraqda keçirilən gizli toplantıda baş tutub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Elşad Həsənov bildirib ki, İran hazırda Suriyada qalmaq və oradakı maraqlarını qorumaq istəyir:

"Rəsmi Tehran bunun üçün PKK/YPG kimi qruplara dəstək verməkdən belə çəkinmir. İran vəziyyətin nə qədər həssas olduğunu anlayır və buna görə də mümkün qədər tədbirlər görərək Türkiyəyə qarşı müəyyən təxribatlar törətməyə çalışır. Suriyanın hazırkı rəhbərliyi isə İranın təsirini qəbul etmir və Türkiyəyə daha yaxın siyasət yürütməyə çalışır. İranın Suriyada illərdir yaratdığı ziyanlar yeni hakimiyyət tərəfindən ciddi şəkildə tənqid edilir. Bu vəziyyətdə İran qüvvələrinin Suriyada qalması artıq istənilmir. Hazırda Suriyada əsas söz sahibi Türkiyədir. Donald Tramp dekabrıın 27-də bəyan etmişdi ki, Amerika qüvvələri Suriyadan çıxarılmalıdır, çünki ABŞ-ın bölgədə qalmasının mənası yoxdur. Xatırlayaq ki, Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirmiş və onun bölgədəki müdrik addımlarını vurğulamışdı".
Ekspert əlavə edib ki, İran və Rusiyanın Suriyada mövqeləri zəifləyib:
"Hər iki ölkə bölgədə ciddi təsir gücünü itirib və hazırkı reallıqlar göstərir ki, onların "oyunu artıq bitib". İranın PKK vasitəsilə Türkiyəyə qarşı hər hansı təsir göstərməsi də mümkün deyil. Türkiyə qüvvələri Suriyada kifayət qədər güclü mövqelərə sahibdir və Ankara bu məsələlərə çox ciddi reaksiya verir. Yaxın gələcəkdə Türkiyənin tələbi ilə PKK/YPG qüvvələrinin həmin ərazilərdən çıxarılması və silahlarının təhvil verilməsi gözlənilir. Əks halda, Türkiyə və Suriya qüvvələri bu qrupları tamamilə zərərsizləşdirəcək".
Elşad Həsənov sonda bildirib ki, Oskanyanın açıqlamasının təxribat xarakterli olması da mümkündür:
"Bu açıqlama, Türkiyə ilə İran arasındakı münasibətləri daha da gərginləşdirmək məqsədi daşıya bilər. Ermənilər hər zaman bu cür siyasət yürüdərək qonşularına qarşı düşmən münasibət nümayiş etdiriblər. Ümumilikdə, hazırkı reallıqlar göstərir ki, Suriyanın gələcəyi Türkiyənin təsiri altında formalaşacaq və İranla Rusiyanın bu bölgədəki təsiri tamamilə azalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya