“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb
08:56 11.02.2025
Siyasət
343
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb
Bakıdakı “Rus Evi” (“Rossotrudniçestvo”) loqosundan istifadə etməklə saxta “sənədlər” hazırlanaraq yayılması barədə açıqlama yayıb.
“Rus Evi”: Bu “sənədlər” reallığı əks etdirmir”
APA-nın məlumatına görə, mərkəzin sosial media ünvanlarında yayılan məlumatda qeyd olunub ki, son günlər internet resurslarında “Rus Evi”nin qanunsuz olaraq mənimsənilmiş rəmzləri ilə yalan məlumatlar və saxta sənədlər yayılıb: “Bu cür sənədlər arasında Bakıda “Rus Evi”ndə rus dili kursu keçdiyi deyilən şəxslərin, o cümlədən Azərbaycanın dövlət məmurlarının adları da qeyd olunur. Bu “sənədlər” reallığı əks etdirmir”.
“Rus Evi” qeyd edib ki, mərkəzin rəsmi resurslarından kənar yayılan hər hansı məlumat saxtadır.
“Sənədlərin saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur”.
“Bu saxta məlumatlara məhəl qoymamağınız xahiş olunur”, - deyə məlumatda qeyd olunub.
“Rus Evi”, həmçinin, təşkilatla bağlı saxta sənədlərin yayılmasının və loqolarından istifadənin dərhal dayandırılmasını tələb edib: “Simvollardan qanunsuz istifadə, sənədlərin saxtalaşdırılması və yalan məlumatların yayılması məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb olur”.
“Rus Evi” özünün internet media resurslarını və sosial şəbəkə səhifələrini də bir daha xatırladıb.
Saxta məlumat nədən ibarət idi?
Xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən “Youtube” kanalı vasitəsilə son günlər “Rus Evi” adından saxta sənəd hazırlanıb yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. “Rus Evi” isə son açıqlamasında bu tipli məlumatların yayılması barədə məlumatlı olduğunu qeyd edib və məlumatı təkzib edib.
Almaniya bu kanalların fəaliyyətinə niyə icazə verir?
Belə saxta sənədlər yayan “Youtube” kanalları Almaniyada bağlanıblar. Məlumata görə, hətta Almaniya hüquq-mühafizə orqanları saxta məlumatı tirajlayanlarla bağlı cinayət işi açıb. “Youtube”nin qaydalarına görə də saxta məlumatlar bloklanıb, silinir. Məhz buna görə də “Youtube” bu cür məlumatları silib. Lakin Almaniya hökuməti Azərbaycan xalqına və dövlətinə qarşı informasiya diversiyası aparanları himayə edir. Onları qoruyur və saxta məlumat tirajlamaları üçün şərait yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə