Qarabağın erməni əhalisi qayıda bilər - RƏY
Yusif Nəzərli
03:53 13.02.2025
Cənubi Qafqaz
833
Ancaq bu məsələ Ermənistandan qovulmuş azərbaycanlıların da öz torpaqlarına qayıtması şərti ilə mümkün olacaq
"Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistin sualına cavabında deyib. Jurnalistin, “Niyə “Artsax”ı Qarabağ adlandırırsız” sualını Simonyan isə bu cür cavablandırıb: "Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm? Mən siyasətçiyəm. Erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam". Daha sonra Qarabağdan olan jurnalistə spiker bu sözləri deyib: “Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən getdin”.
Qeyd edək ki, Alen Simonyanı erməni mediası Qarabağdan köçən ermənilərə nifrət edən şəxs kimi təqdim edir.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, sülh sazişi bağlandıqdan sonra Ermənistanın planlarının olması gözlənilən məsələdir. Ekspertin sözlərinə görə, Qarabağa erməni əhalisinin qayıtması məsələsi üçün Azərbaycan şərtlərini öncədən elan etmişdi:
"Bu şərtlərə uyğun gələn erməni əhalinin Qarabağa qayıtması mümkün olacaqdı. Bunun üçün zaman tələb olunduğu da doğru fikirdir. Ancaq bu məsələ Ermənistandan qovulmuş azərbaycanlıların da öz torpaqlarına qayıtması şərti ilə mümkün olacaq. Lakin məsələ elə də sadə deyil ki, onlar bura gələcək, biz də ora gedəcəyik. Prosesi mürəkkəbləşdirən reallıqlar mövcuddur. Ermənistan Azərbaycana vurduğu ziyan qarşılığında təzminat ödəməlidir. Bu təzminat da az miqdarda deyil. Ermənistanın buna imkanı yoxdur. Azərbaycan təzminat qarşılığında Ermənistandan çox şey istəyə bilər. Məsələn, Ermənistan Qarabağa ermənilərin qayıtması məsələsi ilə bağlı tələbdən rəsmən imtina edə bilər. Bu durumda azərbaycanlılar Qərbi Zəngəzur, Basarkeçər və digər dədə-baba yurdlarına qaytarılsalar da, ermənilər Qarabağa geri qayıda bilməyəcəklər. Odur ki, Simonyanın bəyanatı vaxtından əvvəl deyilmiş fikirlərdir. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti heç bir ermənini öz ərazisindən qoymayıb. Qalmaları üçün çoxsaylı çağırışlar edilməsinə rəğmən, özləri çıxıb gediblər. Bu durumda ermənilərdən kimlərinsə geri qayıtmaq istəməsini xoş qarşılamaya bilərik".
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə