
Analitik: İsrail və Həmas həm atəşkəsdən yana çıxış edir, həm də silahı yerə qoymur
12:14 13.02.2025
Dünya
405
Fələstinin HAMAS hərəkatı Misirdən olan vasitəçilərlə danışıqlarda İsraillə Qəzzada atəşkəs haqqında razılaşmanın qüvvədə qalması ilə bağlı konsensus əldə edib. Bu barədə “The Jerusalem Post” nəşri yazıb. Bunun müqabilində əraziyə humanitar yardım və yanacağın idxalına icazə veriləcək. Qeyd edək ki, fevralın 10-da HAMAS-ın təmsilçiləri həmin ayın 15-də evlərinə qayıdacaq fələstinli girovların azadlığa buraxılması məsələsinin təxirə salındığını açıqlayıb. Buna səbəb kimi İsrail tərəfinin əldə olunan razılaşmaları pozduğu və bölgəyə humanitar yardımların vaxtında çatdırılmadığı göstərilib. Fevralın 11-də İsraillin Baş naziri Benyamin Netanyahu Qəzzada intensiv hərbi əməliyyatların bərpa oluna biləcəyini istisna etməyib. Bundan 4 gün sonra isə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman al-Tani bildirib ki, tərəflər girovların azad edilməsi və atəşkəs barədə razılığa gəlib. Sənəddə razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində HAMAS-ın 33 İsrailli girovu rəsmi Təl-Əvivin saxladığı fələstinlilərlə mübadiləsini həyata keçirəcəyini açıqlayıb. Bu əsnada sonuncu mübadiləsi fevralın 8-də baş tutub.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, diqqət yetirilməli olduğumuz əsas məqam Qəzzada əldə edilmiş atəşkəs razılaşmasının bəzən pozulacağı, bəzən isə razılaşmaya əməl olunacağı ilə bağlı açıqlamaların verilməsidir:

“Bu isə normal haldır, çünki bölgədə o qədər qeyri-sabit status-kvo var ki, tərəflər hər zaman bütün ehtimalları dəyərləndirərək addımlar atırlar. Məsələn, İsrail hazırda düşünür ki, bölgədəki status-kvo onların maraqlarına uyğundur. Yəni onlar Həmasa ciddi ziyan vurublar, Qəzza zolağının böyük bir qismində üstünlüklərini qurublar və bölgədə faktiki dominantlıq edirlər. Digər tərəfdən indiki atəşkəs rejimində Həmas dağılmış və müəyyən qədər ciddi problemlərlə qarşılaşmış qüvvələrini yenidən vahid mərkəzə toplaya bilər. Ona görə daima bölgədə öz maraqlarına uyğun addımlar atırlar. Eyni zamanda Həmas tərəfi atəşkəsdən razı olduqlarını bildirməklə bölgədəki əməliyyatların tez bir zamanda başa çatmasına nail olmaq istəyirlər. Burada məqsəd daha çox canlı qüvvə itirmədən və enerji xərcləmədən öz maraqlarını bölgədə təmin etməkdən ibarətdir. Hazırki status-kvoda sözügedən proses real görünür, çünki atəşkəs əldə olunana qədər hər zaman İsrailin üstünlüyünü görürdük. Lakin Həmas hərəkatı hazırda atəşkəsin əldə olunduğu reallığın onun maraqlarına zid olmaması üçün çalışır. Atəşkəs rejimində belə tərəflərin biri-birinə zid olması durumunda hər iki tərəf həm atəşkəsdən yana çıxış edirlər, həm də silahı yerə qoymurlar. Bir müddət sonra xarici qüvvələr münaqişəni bitirmək üçün ciddi mövqe ortaya qoymasalar, yenidən qarşıdurmaların şahidi ola bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm