
Uşaqların həddən artıq çox yüklənməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir -AÇIQLAMA
10:49 15.05.2025
Elm və Təhsil
528
Məktəblərdə dərs yükünün həddindən artıq çox olması və dərslərin məzmun baxımından ağır, bəzi hallarda isə ali təhsil səviyyəsinə yaxın tədris olunması hazırda təhsil sistemində ən çox tənqid edilən məsələlərdəndir.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Sherg.az-a açıqlamasında bildirib ki, təhsil səviyyələri üzrə həftəlik dərs və dəstəklənən məşğələ saatlarının ümumi miqdarı ümumtəhsil dövlət standartlarının 11-ci maddəsində öz əksini tapıb:

“Hazırkı vəziyyətdə dərs yükünün çox olması və yaxud da az olmasına görə Kamran müəllim, digər mütəxəssislərlə bərabər bununla bağlı vaxtaşırı olaraq təkliflər veririk. Amma məsələ odur ki, bu proses qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 saylı qərarı ilə təsdiq olunan Ümumtəhsil dövlət standartlarında göstərilib. Eyni zamanda, dərs saatlarının ümumi miqdarı ilə bağlı Nazirlər Kabinetinin başqa bir qərarı da var. 3 avqust 2012-ci il tarixli şagird yerləri və sanitar gigiyenik normalar haqqında normativlər bölməsində orada da qeyd olunur. Yəni hal hazırkı siniflər üzrə tədris planında olan dərs yükü qanuna zidd deyil. Amma mütəxəssis olaraq mən də elə fikirləşirəm ki, tədris prosesində uşaqların həddən artıq çox yüklənməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Arzu edərdik ki, tədris planında dərsdənkənar məşğələlərin təyinatı üzrə keçirilməsinə diqqət edilsin, dərsliklər daha uyğun və metodika əlçatan olsun. Mən düşünürəm ki, Azərbaycan müəlliminin peşəkarlığı yüksək səviyyədə olarsa və müasir təlim metodlarından, təlim strategiyalarından səmərəli şəkildə istifadə etməyi bacararsa, dərsliklər əlçatan olarsa, bu gün dərs saatlarının çox olmasının ağırlığını şagirdlər hiss etməz. Bu gün dərs saatlarının ağırlığını harada hiss edirik? Müəllim peşəkarlığı lazım olan səviyyədə deyil, dərsliklər bərbad gündədir, metodologiyalar yox səviyyəsindədir. Olan metodologiyaları isə müəllimlər tətbiq edə bilmirlər. Nəticə etibarilə görürük ki, bu gün tədris planında olan saatlar şagirdlərə ağırlıq edir. Həmçinin kölgə təhsili olan reptitorluq və reptitorların verdiyi tapşırıqlar problemlər yaradır. Azərbaycan təhsilində ən birinci problem müəllim peşəkarlığıdır. İkinci dərsliklərdir metodologiyalardır. Daha sonra tədris planındakı olan saatların miqdarıdır. Biz daha böyük problemləri həll etmədən nisbətən kiçik problemlərin həlli ümumi keyfiyyətə müsbət təsir göstərməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə