Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur - Araşdırma aparılır
12:15 16.05.2025
Hadisə
417
Qusar rayonunun Piral kəndində ikinci sinif şagirdi (oğlan) cinsi zorakılığa məruz qalıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bu il may ayının 8-də yaşayış məntəqəsindən bir qədər aralıda baş verib.
İddialara görə, həmin gün dərs vaxtı XI sinif şagirdi Qoşqar Vahabov (ad-soyad şərtidir) II sinif şagirdini kənddən aralı əraziyə - çay yatağına aparıb və orada azyaşlıya təcavüz edib.
Hadisədən ilk xəbər tutan II sinif şagirdinin anası olub.
Polis elə həmin gün gecə saatlarında on birinci sinif şagirdini saxlayıb, lakin sonra sərbəst buraxılıb.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə barədə araşdırma aparılır.
"Səsləndirilən iddia ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri ictimaiyyətə təqdim ediləcək", - idarədən qeyd olunub.
Məktəb direktoru iddialarla bağlı sualı cavablandırmaqdan imtina edib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, iddialarla bağlı hazırda polis tərəfindən araşdırma aparılır, araşdırmalarla iddiaların həqiqətə uyğun olub-olmamasından asılı olaraq hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region