Azərbaycan nümayəndə heyəti Kazan Beynəlxalq İqtisadi Forumunda iştirak edib
Yusif Nəzərli
06:56 17.05.2025
Gündəm
384
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtında keçirilən "KazanForum2025" Kazan Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Şahin Mustafayev Kazan Beynəlxalq İqtisadi Forumunun plenar iclasına qatılıb. Həmin iclasda Türkmənistan lideri Berdiqulu Berdumuhammedov, Malaziyanın baş naziri Ənvər İbrahim, Rusiya Baş nazirinin müavini Marat Xusnullin, Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Özbəkistan baş nazirinin müavini Cəmşid Xocayev iştirak ediblər.
"Rəqəmsallaşma. Yeni reallıq" Kazan beynəlxalq forumunun plenar iclasının əsas müzakirə mövzusu olub. Azərbaycan Baş nazirinin müavini plenar iclasda moderatorun Azərbaycanda rəqəmsallaşmanın səviyyəsi ilə bağlı sualını cavablandırıb. Bildirib ki, Azərbaycanda rəqəmsallaşma yüksək sürətlə inkişaf edir. Ş. Mustafayev ölkəmizdə rəqəmsallaşdırılan dövlət xidmətləri barədə forum iştirakçılarına məlumat verərək Azərbaycan üçün bu prosesin yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi diversifikasiya, şəffaflıq və idarəetmədə səmərəlilik demək olduğunu vurğulayıb.
Kazan forumu çərçivəsində Azərbaycan Baş nazirinin müavini bir sıra ikitərəfli görüşlər də keçirib. Belə ki, Ş. Mustafayevin rusiyalı həmkarı Aleksey Overçuk, Tatarıstan rəisi Rüstəm Minnixanov və Özbəkistan baş nazirinin müavini Cəmşid Xocayevlə ikitərəfli görüşləri baş tutub. Görüşlərdə ikitərəfli münasibətləri cari vəziyyəti müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti Forum çərçivəsində keçirilən "Russia Halal Expo" sərgisində də iştirak edib. Kəlbəcərin "İstisu" brendi və digər Azərbaycan məhsullarının nümayiş olunduğu "Made in Azerbaijan" stendi ilə tanış olublar.
Oxşar xəbərlər
Müctəba Xameneinin ölümü elan olunsa, İranda böyük daxili çəkişmələr baş qaldıra bilər
17:07 10.08.2026
“Heç bir ana övladının tabutuna sarılmasın” - Özgür Özəl “bu qanuna "hə" deyəcəyik” söyləyib
16:37 10.08.2026
Xəbər lenti
Hamısına bax
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm
İran XİN-dən Ər-Riyad, Ankara və İslamabadın sazişinə reaksiya
13:47 10.08.2026
Siyasət