İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yusif Nəzərli
08:15 15.06.2025
Siyasət
340
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğuladı. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxundu. Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirdi. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini dedi.
Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxundu.
Dövlətimizin başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını dedi və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlətimizin başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirdi və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi.
Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Fələstin Prezidentinin ölkəmizə rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırladı.
Səfir dövlətimizin başçısının 15 İyun - Milli Qurtuluş Günündə onu qəbul etməsindən böyük şərəf hissi keçirdiyini bildirdi. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin çətin vəziyyətdən çıxdığını vurğuladı. “Biz Azərbaycan üçün hər zaman tərəqqi, həmçinin daha yüksək nailiyyətlər və əmin-amanlıq arzu edirik”, - deyən səfir Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və rəhbərliyi nəticəsində ölkəmizin regionda və dünya səviyyəsində çox mühüm bir dövlətə çevrildiyini qeyd etdi.
Söhbət zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəkdən məmnunluq ifadə olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə