"İlahiyyat İnstitutu din sahəsində peşəkar kadrlar hazırlayıb" - Aqil Şirinov
09:17 21.06.2025
Gündəm
489
"Bu gün bizim üçün çox əlamətdar gündür. Çünki bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 24-cü ildönümünü qeyd edirik. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun 4-cü məzuniyyət gününü keçiririk. Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Bu, Azərbaycanda din sahəsində ali təhsil verən yeganə dövlət müəssisəsidir. Məzunlarımız ölkəmizdə müxtəlif dini ocaqlarda və elmi müəssisələrdə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları artıq peşəkar dini kadrlar kimi ölkəmizin müxtəlif bölgələrində öz fəaliyyətlərini davam etdirirlər".
Sherg.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov institutun məzuniyyət tədbirində söyləyib:
“Bu illər ərzində institutun beynəlxalq əlaqələri də inkişaf edib. Hazırda 33 xarici ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqavilələrimiz var və bu çərçivədə müəllim-tələbə mübadiləsi həyata keçirilir. Azərbaycan İlahiyyat İnstitutunun beynəlxalq səviyyəli jurnalı da mövcuddur. Yaxın zamanlarda bu jurnalı beynəlxalq indekslərdən keçirərək dərgi halında nəşr etdirməyi qarşıya məqsəd qoymuşuq. Eləcə də institutun müəllimləri bu istiqamətdə fəal iştirak edirlər. Əminliklə demək olar ki, Azərbaycan İlahiyyat İnstitutu ölkəmiz və xalqımız üçün din sahəsində peşəkar kadrlar hazırlayıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu gün biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir, din sahəsində peşəkar kadrlar hazırlayırıq".
Rektor bu il 48 bakalavr, 8 magistratura səviyyəsində tələbənin məzun olduğunu, eləcə də doktorantura səviyyəsinin mövcudluğunu və burada Ali Attestasiya Komissiyasının təşkil etdiyi müdafiə şurasının fəaliyyət göstərdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya