
Natiq Cəfərli: İdeyanın özü yaxşıdır, lakin fermerlərin rəqəmsal savadlılığının yüksəldilməlidir
11:30 21.06.2025
İqtisadiyyat
500
Milli Məclis (MM) "Pambıqçılıq haqqında" qanuna təklif edilən dəyişiklik layihəsini son oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, layihəyə əsasən, pambığın alqı-satqısı ilə bağlı sənədləşdirmə proseduru dəyişir.
Sənəddə qeyd edilir ki, pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır.
Mövcud qanunvericilikdə isə pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks edilməlidir.
Qeyd edək ki, qanun layihəsi pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin 71-1-ci (elektron qaimə-fakturaları) və 71-2-ci maddələrinin (malların alış aktı) tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan “pambıq qəbulu sənədi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.
Pambıq qəbulu qəbzi - üzərinə Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı olub pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir.
Məsələni dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Əgər pambıq alqı-satqısının elektronlaşdırılması rəqəmsal formada həyata keçiriləcəksə, bu, müsbət addım hesab edilə bilər:

“Lakin bu proses barədə fermerlərin məlumatlılığı, onlardan istifadə qabiliyyəti və texniki imkanlarının kifayət etməsi sual altındadır. Həmçinin, fermerlər üçün treninqlərin keçirilib-keçirilməməsi və onların bu yeniliklərə uyğunlaşdırılması vacibdir. Fermerlərin yaş qruplarının nəzərə alınması önəmlidir, çünki Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların böyük əksəriyyəti yaşlı nəsildən ibarətdir. Bu səbəbdən texnoloji keçid zamanı bir sıra texniki və təlimlə bağlı məsələlərin həlli zəruridir. Əlavə olaraq, rəqəmsal transformasiyanın uğurlu tətbiqi üçün infrastrukturun genişləndirilməsi və internetə çıxışın təmin edilməsi vacibdir. Dövlət və özəl sektor arasında əməkdaşlıqla təlim proqramlarının hazırlanması və həyata keçirilməsi effektivliyi artıracaq. Eyni zamanda, fermerlərin rəqəmsal savadlılığının yüksəldilməsi üçün davamlı dəstək mexanizmlərinin qurulması tövsiyə olunur. Bu prosesdə yerli idarəetmə orqanlarının da rolu artırılmalı, onların fermerlərlə əlaqələri gücləndirilməlidir. Lakin ideyanın özü yaxşıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya