MEDIA “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirir - YENİLƏNİB
08:18 23.06.2025
Media
516
İyunun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDIA) və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.
MEDIA-dan Sherg.az-a verilən xəbərə görə, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığın artırılması, müasir jurnalistika standartlarının təşviqi və rəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından belə beynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.
Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.
Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.
Qeyd edək ki, təlim proqramı iyunun 27-dək davam edəcək.
***
“Bu gün Medianın İnkişaf Agentliyinin dəstəyi və “Euronews”un iştirakı ilə Azərbaycanda “Euronews Akademiyası” layihəsinə start veririk. Bu, son illər mətbuat tariximizdə bir ilkdir”.
Sherg.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
Natiq Məmmədli qeyd edib ki, “Euronews” ölkədə jurnalistikanın inkişafı üçün böyük imkanlar yaradacaq: “Müasir jurnalistika trendləri jurnalistlərə təqdim olunacaq, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri ilə bağlı əhatəli təlimlər keçiriləcək. Sosial şəbəkələrin idarə olunması və rəqəmsal kontentin yaradılması ilə bağlı yeniliklər də layihə çərçivəsində jurnalistlərə öyrədiləcək. Təlimləri “Euronews”un beynəlxalq ekspertləri həyata keçirəcək.
Belə bir layihənin reallaşdırılması media sahəsində ciddi irəliləyişə səbəb olacaq. Cəmiyyətimiz müasir xəbər konteksti ilə yaxından tanış olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya