Kreml: İranın ABŞ-ın zərbələrinə cavabı Putin-Araqçı görüşündə qaldırılmayıb
09:54 24.06.2025
Gündəm
371
Kreml atəşkəs danışıqlarının təfərrüatlarına malik olmadığı üçün İsraillə İran arasında zərbə mübadiləsinin tamamilə dayandırıldığını proqnozlaşdıra bilməz
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Anladığımız qədər, Qətərin vasitəçiliyi ilə təmaslar, ABŞ prezidenti ilə onun bir sıra həmkarları arasında Yaxın Şərqdə təmaslar olub. Biz bütün təfərrüatları sona qədər bilmirik, ona görə də burada heç nə deyə bilmərik",Kremlin sözçüsü vurğulayıb.
Peskov xatırladıb ki, Rusiya əvvəldən problemin həlli üçün hərbi üsulları istisna etməyə çağırıb.
Kreml rəsmisi Rusiyanın Yaxın Şərqdəki münaqişə ilə bağlı aydın mövqeyi ilə İranı dəstəklədiyini də söyləyib: "Əlbəttə, biz İranla münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. Bu müzakirələr, əlbəttə ki, olub və olacaq, bu qaçılmazdır".
Peskov bir gün əvvəl Kremldə Rusiya prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Araqçi arasında baş tutan danışıqlar barədə də danışıb. Onun sözlərinə görə, söhbət zamanı İranın ABŞ-ın zərbələrinə reaksiyası mövzusu qaldırılmayıb:"Bu müzakirə olunmayıb".
Kreml sözçüsü xatırladıb ki, Araqçi ilə dünənki görüşdən əvvəl İrandan bir çox bəyanatlar, o cümlədən rəsmi səviyyədə ABŞ-a cavabın mütləq veriləcəyinə dair bəyanatlar səslənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət