
Oyuncaq uşağın daxili dünyasını ifadə etdiyi bir “dil”dir -Psixoloq
10:36 18.07.2025
Sosial
462
Uşaq üçün oyuncaq, ilk dost, ilk müəllim və ilk güzgüdür
Oyuncaq mütləq şəkildə beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Uşaq Sanatoriyasının şöbə müdiri Aysel Həsənova deyib.
Həkimin sözlərinə görə, CE və ya ISO sertifikatına malik məhsulların seçilməsi, həmin oyuncağın müəyyən keyfiyyət və təhlükəsizlik meyarlarına cavab verdiyini göstərir.
Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, oyuncaqlar uşağın psixoloji inkişafına birbaşa təsir edir:

“Oyuncaqlar uşağın emosional və idrak inkişafında mühüm rol oynayır. Uşaq oyuncaqlarla oynayarkən həm fantaziyasını ifadə edir, həm də sosial bacarıqlar, empatiya, problem həll etmə və dil inkişafı kimi sahələrdə irəliləyiş göstərir. Əslində, oyuncaq uşağın daxili dünyasını ifadə etdiyi bir “dil”dir. Beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmayan oyuncaqlar istər fiziki, istərsə də psixoloji baxımdan uşaqlarda xroniki qorxu, narahatlıq, aqressiya, özünəinam əskikliyi və yuxu pozuntuları kimi problemlərə səbəb ola bilər. Xüsusilə qorxuducu və aqressiv xarakterli oyuncaqlardan uzaq durmaq lazımdır. Rəng və forma uşağın emosional dünyasında mühüm yer tutur. Parlaq və isti rənglər (sarı, narıncı, yaşıl) pozitiv emosiyalar yaradır. Kəskin bucaqlı, qorxulu formalı və ya çox tünd rəngli oyuncaqlar isə uşağın psixikasında mənfi izlər qoya bilər. Hər bir oyuncaq uşağın yaşına və emosional ehtiyacına uyğun seçilməlidir. Oyuncaq sadəcə əyləncə vasitəsi deyil, uşağın ruhuna toxunan, onun şəxsiyyətini formalaşdıran bir vasitədir. Valideynlər seçim edərkən yalnız material və qiymətə deyil, psixoloji uyğunluğa da diqqət yetirməlidirlər. Uşaq üçün oyuncaq, ilk dost, ilk müəllim və ilk güzgüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə