
Gürcüstan hakimiyyəti sınaq qarşısındadır -Politoloq
Yusif Nəzərli
05:25 24.09.2025
Cənubi Qafqaz
588
Oktyabrın 4-də Tbilisidə Qərb və Rusiya tərəfdarları yenidən toqquşacaq
Məhəmməd Əsədullazadə: "Hakim "Gürcü Arzusu" Partiyası müxalifətin yerlərdə qələbə əldə etməsinə imkan verməyəcək"
Oktyabrın 4-ü Gürcüstanın 64 şəhərində yerli idarəetmə orqanlarına seçkilər, mer və məclislər seçiləcək. Məclis seçkilərində qarışıq sistem (proporsional və majoritar sistemlər) tətbiq olunur. Mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq, yerli məclislərə düşmək üçün partiyaların 4 faizlik baryeri keçməsi gərəkdir. Seçkilərə 12 partiya buraxılıb. "GORBİ" Beynəlxalq Tədqiqat Mərkəzinin 2,3 min nəfər arasında keçirdiyi sorğuya qatılan respondentlərin 65,9 faizi 4 oktyabr seçkilərində hakim Gürcü Arzusu Partiyasının namizədlərinə səs verəcəyini qeyd edib. Sorğu iştirakçılarının 10,7 faizi Qaxariya - Gürcüstan Uğrunda Partiyasına, 10,4 faizi Lelo Partiyasına dəstək nümayiş etdirib, qalan partiyalar ümumilikdə 3,7 faizlə kifayətlənib. Qeyd edək ki, Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində "Gürcü Arzusu" qalib gəlib. Yerli hakimiyyət qurumlarının böyük əksəriyyətinə də hakim partiya nəzarət edir. Seçkilərin gərgin keçəcəyi indidən bəllidir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, Ukraynada Maydan hadisələri xarici kəşfiyyat orqanları tərəfindən maliyyələşdirilirdi. Gürcüstanda da buna bənzər olaylar baş verir, amma hökumət belə bir ssenariyə imkan verməyəcək: "Yadınızdadır, məxfi xidmətlər Maydanı necə maliyyələşdirdi. Bu, Ukrayna üçün nə ilə nəticələndi? Ukrayna dövləti məhv edildi. Xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən inqilabdan sonra Ukrayna iki müharibə yaşadı. Təbii ki, ölkəmizdə belə bir ssenarinin inkişafına imkan verməyəcəyik".
Politoloq, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Gürcüstanda baş verənlər Azərbaycan üçün də əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, qonşu ölkədə inqilab və siyasi xaosun baş verməsi Gürcüstanın milli birliyinə, bölgədəki sabitliyə zərbə vurur:

"Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları və təhlükəsizliyi Azərbaycan üçün əsas prioritet olaraq qalır. Hakim "Gürcü Arzusu" Partiyasının keçirdiyi parlament seçkilərinin legitimliyi Qərb tərəfindən tanınmır. ABŞ başda olmaqla, Avropa İttifaqı "Gürcü Arzusu"nu Rusiya yönümlü siyasət aparmaqda ittiham edir. Həqiqətən, "Gürcü Arzusu" hökumətinin qəbul etdiyi qərarlar Qərblə əlaqələri kifayət qədər böhranlı vəziyyətə gətirib. Oktyabrın 4-də hakimiyyət üçün sınaq olacaq. Baş nazirin açıqlamasına fikir verdikdə görürük ki, müxalifətin parçalanması hökumətin maraqlarına xidmət edir. Ölkədə keçiriləcək yerli özünüidarəetmə seçkiləri ərəfəsində qüvvələr iki əsas düşərgəyə bölünüblər. "Lelo", "Vətəndaşlar", "Girçi" və "Gürcüstan Uğrunda" partiyaları seçkilərdə iştirak edəcək. Amma "Vətəndaş Hərəkatı" partiyası seçkiləri boykot edir. Sabiq prezident M.Saakaşvilinin lideri olduğu düşərgə küçə etirazlarını davam etdirir".
Siyasi şərhçinin fikrincə, hakim "Gürcü Arzusu" Partiyası müxalifətin yerlərdə qələbə əldə etməsinə imkan verməyəcək:
"Qərbin bu seçkilərdən sonra Gürcüstana qarşı ciddi təzyiqlər və sanksiyalar tətbiq etməsi mümkündür. Rəsmi Tbilisinin siyasəti Qərbin səbr kasasını daşırır. Bir növ oktyabrın 4-də Tbilisidə Qərb və Rusiya tərəfdarları yenidən toqquşacaq. Gürcüstanda bələdiyyə seçkilərində hakim partiya qələbəsini elan edəcək. Amma ölkədə inqilab prosesinin baş verməsi gözlənilmir. Müxalifətdə vahid liderin olmaması və daxildə qütbləşmə hakimiyyətin onlara qarşı təzyiqlərini artırır. Müxalifət isə köməyi Qərbdə axtarır. Qərb bölünmüş, parçalanmış hərəkatlara dəstək vermək fikrində deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat