Üçüncü Milli Şəhərsalma Forumunu Xankəndi və Bakı şəhərlərində baş tutacaq
12:11 29.09.2025
Texnologiya
434
Azərbaycan dayanıqlı inkişaf və iqlim gündəliyi üzrə beynəlxalq proseslərdə mövqeyini möhkəmləndirərək “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda Üçüncü Milli Şəhərsalma Forumunu (NUFA3) keçirməyə hazırlaşır.
APA xəbər verir ki, Forum Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə əməkdaşlığı çərçivəsində 15-17 oktyabr 2025-ci il tarixlərində Xankəndi və Bakı şəhərlərində baş tutacaq.
Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq. Tədbirdə 60-a yaxın ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı gözlənilir.
Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.
Forumun rəsmi açılışı və növbəti günü Xankəndi şəhərində yeni istifadəyə verilmiş Konqres Mərkəzində baş tutacaq. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək plenar sessiyalar Xankəndi və Şuşa şəhərlərindəki mədəni, şəhərsalma və infrastruktur layihələri ilə tanışlıqla yekunlaşacaq. Forum Bakıda iqlimədavamlı və sağlam şəhərlər, şəhər inkişafında texnologiyaların tətbiqi, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, yaşıl şəhər inkişafı naminə tərəfdaşlıq kimi mövzularda müzakirələrlə öz işini başa vuracaq.
Tədbir barədə ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.nufa.az internet səhifəsi istifadəyə hazırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya