Zəngəzur xətti təcridin yox, əməkdaşlığın başlanğıcıdır - ŞƏRH
02:41 09.10.2025
Siyasət
458
ABŞ-nin TRIPP mexanizmi Cənubi Qafqazın gələcəyini müəyyən edən layihədir
"Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır". Bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə çıxışında səsləndirdi. Dövlət başçısı vurğuladı ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qeyd etdi ki, türk dövlətləri coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır: "Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır".
Politoloq Züriyyə Qarayeva deyib ki, Zəngəzur dəhlizi bu gün Cənubi Qafqazın gələcəyini müəyyən edən ən mühüm geosiyasi layihələrdən birinə çevrilib. Ekspertin sözlərinə görə, bu dəhliz təkcə Azərbaycan üçün nəqliyyat və iqtisadi əlaqələrin bərpası demək deyil, həm də regionun uzun illər davam etmiş blokadalar və qarşıdurmalar dövründən çıxış yoludur:
"Dəhlizin açılması ilə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini təmin edir, bu isə ölkənin suveren nəqliyyat şəbəkəsinin tamamlanması baxımından tarixi əhəmiyyət daşıyır. Son hadisələr Zəngəzur dəhlizinin regional deyil, artıq qlobal səviyyədə strateji prioritetə çevrildiyini göstərir. Zəngəzur dəhlizi artıq yalnız Bakı ilə İrəvan arasında danışıqların predmeti deyil, beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq gündəminin ayrılmaz hissəsinə çevrilib. ABŞ-nin birbaşa iştirakını təmin edən TRIPP mexanizmi Cənubi Qafqazda yeni balans yaradır və regionu Qərb və Avrasiya enerji-nəqliyyat sistemlərinin qovşağına çevirir".
Analitikə görə, Zəngəzur dəhlizinin açılması regiondakı qüvvələr balansına da təsir göstərir:
"Rusiya, bir tərəfdən, kommunikasiya yollarının açılmasını dəstəkləyir, lakin ABŞ-nin bu prosesdə aktiv iştirakını məhdudlaşdırmağa çalışır. İran isə dəhlizin öz ərazisini yan keçməsindən narahatdır və bu layihəni ehtiyatla izləyir. Buna baxmayaraq, artıq reallıq ondan ibarətdir ki, Zəngəzur xətti regionda təcrid yox, qarşılıqlı asılılıq və əməkdaşlıq mərhələsinin başlanğıcını qoyur. İqtisadi baxımdan dəhliz Avrasiya ticarət xəritəsində yeni, daha qısa və təhlükəsiz istiqamət yaradır. Bu xətt Çindən başlayaraq Qafqaz və Türkiyə vasitəsilə Avropaya uzanır, həm də mövcud Şimal və Cənub dəhlizlərinə alternativ təşkil edir. İqlim şəraiti, məsafə və siyasi sabitlik amilləri baxımından Zəngəzur marşrutu logistika və enerji daşımalarında strateji üstünlüyə malikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media