AB liderlərindən ABŞ-ın bu qərarına etiraz

Avropa Birliyi (AB) ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akaneyə və baş məhkəmə vəkili Abdulaye Seyeyə qarşı tətbiq etdiyi yeni sanksiya qərarına sərt reaksiya verib.

Axar.az xəbər verir ki, AB Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen X platformasında birgə bəyanat yayaraq, sanksiya qərarını qınayıblar.

“Bu həyati vacib işi yerinə yetirmək üçün məhkəmənin hakimləri və rəsmiləri xarici təzyiqlərdən uzaq, tam müstəqil şəkildə fəaliyyət göstərməlidirlər”, - deyə bəyanatda qeyd olunub.

AB-nin ali nümayəndəsinin də bəyanatında sanksiya qərarının təəssüf doğurduğu vurğulanıb.