ABŞ-dən Filippinə milyonlarla dollarlıq gizli xoroz qaçaqmalşılığı ifşa olundu

ABŞ-də yetişdirilən döyüş xoruzlarının Filippinə qanunsuz şəkildə daşındığı iddiaları böyük qalmaqal yaradıb. Məlumata görə, bu prosesdə milyonlarla dollarlıq “xoruz ticarəti” həyata keçirilib.

Sherg.az xəbər verir ki, araşdırmalara əsasən, ABŞ-nin Texas, Oklahoma və Missisipi ştatlarında yetişdirilən xoruzlar vasitəçilər tərəfindən toplanaraq karqo uçuşları ilə əvvəlcə Cənubi Koreyaya, oradan isə Filippin paytaxtı Manilaya göndərilib.

Aktivistlər bildirir ki, bu quşlar Filippində qanunsuz sayılan döyüşlərdə istifadə olunur. ABŞ qanunlarına görə isə heyvanların döyüş məqsədilə daşınması qadağandır.

Təxminən ildə 40 min xoruzun bu şəkildə daşındığı və bunun milyonlarla dollar gəlir yaratdığı iddia edilir.

Böyük təzyiqlərdən sonra "Korean Air ABŞ"-dən Filippinə canlı xoruz daşınmasını dayandırdığını açıqlayıb.

Filippində “sabong” kimi tanınan xoruz döyüşləri isə geniş yayılmış və böyük mərc sənayesinə çevrilmiş fəaliyyət olaraq qalır.