ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İranla qarşıdurma zamanı yaralanan amerikalı hərbçilərin sayı 757 nəfərə yüksəlib.
Sherg.az xəbər verir ki, onlardan 418-i “Epik Qəzəb” əməliyyatı zamanı, 339-u isə iyulun 7-dən sonra İrana endirilən zərbələr nəticəsində yaralanıb.
Həlak olan ABŞ hərbçilərinin sayı isə 18 nəfər olaraq qalır. Onlardan 14-ü “Epik Qəzəb” əməliyyatında, 4-ü isə iyulun 7-dən sonrakı hücumlarda ölüb.